Veb saytların hazırlanması hər bir şirkət üçün olduqca önəmli bir mövzudur. Necə ki, gündəlik həyatımızda yaşamaq üçün bir evimiz var və biz əksər ehtiyaclarımızı yaşadığımız mənzildə həyata keçiririk, o cümlədən, veb saytlar da brendimiz üçün rəqəmsal dünyada yerləşim məkanıdır.
Sayt bizim brendimizin rəqəmsal varlığını ifadə edən, internetdə yerləşən, domen adı ilə adlandırılan bir resursdur. Saytların hazirlanmasında müxtəlif məqsədlər ola bilər(əyləncə, ticarət və s) Qeyd etdiyimiz kimi əgər fəaliyyət göstər sahədə uğurlu olmaq istəyirsinizsə, mültəq bir veb saytınız olmalıdır. Əvvəlcə, bunu bilməliyik ki, bizim veb saytımızın hazırlanması necə təşkil ediləcək və hansı istiqamətdə olacaq.
Aşağıdakı sırlamadan rahatlıqla saytların bölündüyü qrupları müəyyənləşdirə bilərik:
E-ticarət Saytı (Sistem): Amazon, eBay
Sosial Media Saytı (Platforma): Facebook, Twitter
Məlumat Saytı (Sistem): Wikipedia
Blog Platforması (Platforma): WordPress, Medium
Veb saytların hazırlanması ndan əvvəl hansı biznes sahəsində fəaliyyət göstərəcəyinizi aydınlaşdırmalısınız. Saytınız vasitəsi ilə, yaxud müştəriləriniz sizin haqqınızda daha dolğun məlumat əldə edə, rahatlıqla əlaqə saxlaya bilərlər. Təklif etdiyiniz məhsulların, blog yazılarınızın da Google və digər axtarış matorlarında ön sıralarda görünməsi veb sayt hazırlanması nda və digər proseslərdə uğurlu olduğunuzun göstəricisi olacaqdır.
Web saytların hazırlanması şirkətlər üçün “Rəqəmsal Mülk” ün varlığı deməkdir.
Məhsulların və xidmətlərin satışı
veb saytların hazırlanmasında tez-tez istifadə edilən məqsədlərdən biri də şirkətlər üçün veb saytların hazırlanması dır. Burada da məqsəd əsasən, məhsulların tanıtımını, brendinqini və satışını təşkil etməkdir.İstifadəçilər saytda zaman keçirərək həm kontentlə tanış olur, həm də zamanla bu sayt daha çox izləyicinin qarşısına çıxır. Rəqəmsal vitrin kimi istifadə edilən veb sayt auditoriya ilə sıx əlaqənin yaradılmasına köməklik göstərir.
Bəs yüksək keyfiyyətli məzmunu necə yarada bilərik? Aşağıdakı qaydaları nəzərə almaqla SEO uyumlu kontent ərsəyə gətirmək olar.
Açar sözlərin seçilməsində axtarış məqsədi olduqca önəmlidir. Axtarış məqsədinə görə açar sözlər 4 qrupa bölünür. 99% axtarış nəticələri aşağıdakı qruplar altında birləşdirilir.
Açar sözlərin məqsədi müəyyən olunduqdan sonra saytınızın hansı kateqoriyaya aid olduğu da aydın olacaqdır. Saytınız e-commerce saytıdırsa, o zaman kommersiya məqsədli sözlərdən istifadə edə bilərsiniz. Əgər saytınız bloq saytıdırsa, o zaman veb saytların hazırlanması nda informasiya məqsədli açar sözlərdən istifadə etmək məqsədə uyğundur.
Saytınıza uyğun olmayan açar sözlərdən istifadə etsəniz, məzmununuz ilk sıralarda çıxsa belə bu sizə heç bir fayda gətirməyəcəkdir. Sizin saytınız “qadın ayaqqabısı” satışı ilə məşğul olan bir e-ticarət saytıdırsa, o zaman qadın ayyaqabılarının təmiri, yaxud “kişi ayaqqabısı” kimi sözlərdən istifadə etməyiniz münasib deyildir. “Ayaqqabı təmiri” sözündə axtarış verən istifadəçi yeni bir ayyaqabı almaq istəmir, ayaqqabısını təmir etdirmək istəyir.
Artıq saytınızın hansı istiqamətdə olacağını müəyyənləşdirdikdən sonra veb saytların hazırlanması nda saytın əsas hissəsini təşkil edən kontentin yazılması ilə bağlı önəmli detallara diqqət yetirək.
Semantik SEO. Yazıların başlıqları, paraqrafları, və digər xüsusiyyətləri aydın şəkildə olmalıdır. Burada yazının oxunaqlığı və axıcılığı önəmlidir. Müxtəlif sxemlərdən, listə-lərdən istifadə edilməsi yazınızda məlumatın daha aydın şəkildə qarşıya ötürülməsini təmin edəcəkdir. Eyni zamanda veb saytların hazırlanmasında və SEO uyumlu olmasında bu detal olduqca önəmıidir.
Google-un E-A-T Standartları. Veb saytların hazırlanmasın da və kontentlərin yazılmasında bu standartlar nəzərə alınmalıdır. Bu, Təcrübə, Ekspertiza, Səlahiyyətlilik və ya Etibarlılıq deməkdir. Mənaca yazının keyfiyyəti ilə bağlı olaraq işlədilən termindir.
Səhifə daxili linkləri verilməsi. Səhifə daxilində Google botlarına səhifədəki yazıların bir-biri ilə əlaqəli olduğunu göstərən olduqca əhəmiyyətli detallardan biridir. İstifadəçi belə olduqda saytınızda daha çox zaman keçirir. Bu da siqnal olaraq google botlarına kontentin keyfiyyəti barəsində məlumat verir.
Oxuması asan olan məzmunu yazın. Bununla da istifadəçi saytınızda daha çox zaman keçirəcəkdir. Cümlələrin qısa olmasına və fikri tam ifadə etməsinə də diqqət yetirin.
Əksinə, səhifədə uzun məzmunlu yazıların yazılması daha yaxşı istifadəçi təcrübəsi qazandırır. Bu google botlara “Daha yaxşı kontent budur, mövzu tam əhatə edilmişdir” mesajını verir.
Sosial Media İnteqrasiyası sosial media izləyicilərinizi veb-saytınıza, tətbiqinizə yönləndirmək üçün istifadə edilən bir metoddur. Bu funksiyanın aktiv olması üçün sosial media istifadəçilərinə web saytınızdakı bloqları paylaşmaq üçün icazə verməlisiniz. Veb saytların hazırlanması nda bu funksiyanı elə əlavə edin ki,(Uİ və UX dizaynla) istifadəçilər sürətli və rahat şəkildə həmin buttonları tapsınlar.
Məzmununuzu daha paylaşıla bilən etmək üçün Açıq Qrafik və Twitter Kartlarından istifadə edə bilərsiniz. Veb yazı linkləri sosial media platformaları ilə paylaşıldıqda açıq qrafik və twitter kartları izləyicilərin yazılarına və tvitlərinə fotolar, videolar və media elementləri əlavə etməyə imkan verir, bununla da sosial mediada paylaşılan yazılar daha cəlbedici və dolğun məzmuna sahib olur.
Nəzərə alsaq ki, hal-hazırda edilən əksər araşdırmalar google və digər brauzerlər üzərindən məhz mobil cihazlarla edilir. Ona görə də mobil versiyanın daha sürətli və uyumlu hala gətirilməsi önəmlidir. Mobil cihazlar dünya üzrə veb trafikinin təxminən yarısını təşkil edir. Mobil telefonlar və smartfonlarla saytlara giriş 2017-ci ilin əvvəllərindən bəri 50 faiz həddində idi. 2023-cü ilin son rübündə mobil cihazlar üzərindən sayta giriş- qlobal veb trafiki 58.67 faiz təşkil etmişdir.
Mobil telefonun ekranı ilə balaca buttonlara “click” edilməsi olduqca çətinlik yarada bilər. Əksər hallarda bu bottonlar o qədər yaxın yerləşir ki, istifadəçi istədiyi əməliyatı yerinə yetirə bilmir. Söhbət hər hansı e-ticarət saytından gedirsə, məhsula qədərki yol bəzən o qədər uzun və keçməkeçli ola bilir ki, bu da istifadəçini yorur. Nəhayət, alış-veriş zamanı qeydiyyat səhifəsinin də gəlməsi (qeydiyyatın tələbi) istifadəçilərdə stress yaradır. Bütün bu detallar özündə Web dizaynın problemlərini və veb saytların hazırlanması nda qarşısında duran əsas məsələlərin həll olunmasını tələb edir.
AMP səhifələri nədir?
AMP səhifələri mobil cihazlarda veb səhifələrinin daha sürətli yüklənməsini təmin etmək məqsədi ilə yaradılmışdır. AMP, səhifə yükləmə vaxtını azaltmaqla daha yaxşı bir istifadəçi təcrübəsi təqdim edir və xüsusilə mobil cihazlarda web sayt performansını artırır.
veb saytların hazırlanmasl üçün yeni bir veb dili öyrənmək həm vaxt, həm də resurs tələb edir. Xoşbəxtlikdən, proqramçılar tez-tez bəzi dillərin digərlərindən daha asan öyrənildiyini açıq şəkildə bildirirlər.
UI və UX dizayn
Hər ikisi veb sayt üçün ayrılmaz, önəmli hissələrdir. Biri sanki mühəndislik işini təşkil edir, digəri isə onun dizaynını yaradır. Qısaca belə izah edə bilərik: Əgər UX veb səhifədəki buttonun sayını və yerləşdirilməsini müəyyənləşdirirsə, UI isə veb saytların hazırlanması nda buttonların rəngini seçir, görüntünün daha cəlbedici və istifadəçinin zövqünə xitab edəcək formada hazırlanmasını təmin edir.
UX (İstifadəçi Təcrübəsi)
UX dizaynı istifadəçilərin ehtiyaclarını və davranışlarını nəzərə alaraq məhsulun istifadəsini asan və məmnun edici etmək üçün hazırlanır. Məsələn, e-ticarət saytında istifadəçi davranışının analiz edilərək buttonların yerləşdirilməsi, geri dönüşlərin əldə edilməsi üçün saytın analiz edilərək doğru qərarların verilməsi də məhz UX dizaynerin işidir və bütün bu proseslər dizaynın əsas hissəsini təşkil edir. UX dizaynın strukturu aşağıdakı kimi qruplaşdırıla bilər.
UI (İstifadəçi İnterfeysi)
UI dizayn (İstifadəçi İnterfeysi Dizaynı), istifadəçilərin bir tətbiq və ya veb saytla necə qarşılıqlı əlaqədə olduğunu vizual və funksional olaraq qurma prosesidir. UI dizayn düymələrin, menyuların, ikonların və digər interaktiv elementlərin tərtibatını, rəng palitrasını, şriftləri və ümumi görünüşü əhatə edir. Məqsəd istifadəçiləri sadə və intuitiv bir təcrübə ilə təmin etməkdir.
Uİ dizayn web sayt dizaynının estetik cəhətdən görüntüsünə cavabdehdir. Buraya ikonlar, buttonlar, qısaca desək, vizual görüntünü təşkil edən elementlər daxildir. İstifadəçilər ilk sayta daxil olduqda buradakı vizual görüntü ilə qarşılaşırlar. Səhifə tərtibatının cəlbedici olması bu mənada olduqca önəmlidir. Uİ dizaynına aşağıdakı funksiyalar daxildir.
Əgər plaginlərdən istifadə etmirsinizsə, onların saytınızda durması sizin səhifənin sürətinə mənfi təsir göstərəcək. Digər tərəfdən daha yüngül temaların istifadəsi saytın sürətini artırır. Yüngül tema aşağı həcimli, sürətli yüklənən və lazımsız kodlardan təmizlənmiş bir dizaynı ifadə edir. Digər göstəricilərdən biri də səhifədə olan bütün yazıların vaxt aşırı “update” olunmasıdır. Plaginləri yükləyərkən yüksək səviyyədə olmasına diqqət yetirin. Plaginlər və proqram uzantıları sayəsində saytınıza əlavə funksionallıq qata bilərsiniz. Lakin bəzi plaginlər təhlükəsizlik cəhətdən zəifliklərinə səbəb ola bilər. Yalnız etibarlı mənbələrdən əldə edilən plaginlər istifadə edilməsi və müntəzəm olaraq yenilənməsi məsləhətdir.
Digər amillərdən biri də səhifənin məzmununun hissələrə bölünməsidir. Bu tərzdə yazı da səhifənin sürətinə təsir göstərir. Doğru provaydrın seçilməsi də saytınızın sürətini artıracaqdır.
Veb saytların hazırlanması nda səhifənizdəki uzun kontentlərin daha qısa şəkildə, yaxud daxili linklər vasitəsi ilə fərqli səhifələrə bölərək verilməsinə diqqət yetirin. Bununla da media elementləri səhifənizdə daha az yer tutacaq və “daxili gəzinti” üçün istifadəçilərə şərait yaradılacaq. Səhifə daxilində rastalanan 404 səhifə error-ları da səhifənizin sürətinə bir-başa təsir göstərəcək! Ona görə də ilk öncə həmin səhvləri düzəltməlisiniz.
Kodların minimalizmə endirilməsi də olduqca təsirli metoddur.
Javascript, Minify CSS, JavaScript, and HTML kimi kodların ixtisar olması da səhifənizin sürətli şəkildə yüklənilməsini təmin edəcəkdir. Kodların sıxışdırıldığı, əlavə kodların təmizləndiyi səhifələr daha asanlıqla yüklənir. Burada olan müəyyən boşluqlar və keş yaddaş serverin əhəmiyyətli dərəcədə sürətinin zəifləməsinə səbəb olacaqdır. PHP-nin istifadəsi də saytın sürətinə bir başa təsir göstərir.
Aşağıda göstərilənlər, öyrənilməsi ən asan və veb saytların hazırlanması nda və inkişafında üçün ən yaxşı proqramlaşdırma dillərindən bəziləridir:
Python: Python, həm yeni başlayanlar, həm də təcrübəli proqramçılar üçün asan və güclü bir dildir. Python proqramlaşdırma dili proqramçılar tərəfindən tez-tez bir çox məqsədlər üçün istifadə olunur. Süni intellekt, elmi hesablamalar, bir çox oyunun inkişafı üçün nəzərdə tutulan bu dilin böyük “kitabxanası” vardır. Proqramlaşdırma dili çox sadə və oxunaqlı olduğu üçün standart bacarıqlara sahib Veb səhifələrə interaktivlik əlavə etmək üçün vacib bir elementdir. JavaScript isə, müasir veb tətbiqlərinin işləməsi üçün mühüm rol oynayır və React, Angular və Vue.js kimi bir çox çərçivədə istifadə olunur. Python Wondows, MacOs, Linux kimi əməliyyat sistemlərində də uyğunluğa malikdir.
JavaScript: JavaScript, HTML və CSS ilə birlikdə işləyərək veb səhifələrin dinamik məzmununu yaratmağa imkan verir. Məsələn, istifadəçi tərəfindən bir düyməyə basıldıqda məlumatların yenilənməsi, səhifələr arası keçidlər, animasiyalar və digər interaktiv elementlər JavaScript ilə həyata keçirilir.
PHP: MySQL, PostgreSQL, və Oracle kimi populyar məlumat bazaları ilə asanlıqla inteqrasiya edilən PHP-də serverdə yazıların yazılması, silinməsi və bu kimi digər əməliyyatlar həyata keçirilir. PHP məlumat bazası ilə inteqrasiya, fayl yükləmə üçün mükəmməl bir dildir, həm də e-maillərin üzrərində işləmək, göndərmək bu dildə olduqca asandır.
Java: Veb saytın hazırlanmasında Java, geniş yayılmış və bir çox platformada işləyə bilən obyekt-yönümlü bir proqramlaşdırma dilidir. “Bir dəfə yaz, hər yerdə istifadə et”- fəlsəfəsinə malik bu dil müxtəlif əməliyyatların tətbiqi üçün nəzərdə tutulmuşdur. Java proqramı Windows, macOS, Linux və digər əməliyyat sistemlərində problemsiz olaraq çalışdırılır. Əsas istifadə sahələri:
Java'nın güclü performansı, geniş kitabxana dəstəyi və etibarlılığı onu böyük korporativ sistemlər üçün veb saytların hazirlanmasinda ideal dil edir.
HTML: HTML, etiketlər (tags) və atributlar yolu ilə mətnlər, şəkillər və digər məzmun elementlərini təşkil etməyə imkan verir. Bu dil, sadə və düzgün strukturlu olduğundan, axtarış motorları tərəfindən asanlıqla təhlil edilə və indekslənə bilir, bu da SEO (Search Engine Optimization) əməliyyatları üçün çox vacibdir. HTML (HyperText Markup Language) bir işarələmə dilidir.
Php və ASP.net arasında fərqlər nələrdir?
Php əvvəlcə daha balaca saytlar üçün istifadə edilirdi. İndiki dövrdə isə Wordpress ve Drupal kimi platfromalar da təməl olaraq php-i üzərində qurulur. Hətta məşhur Magenta (alış-veriş platforması) belə php proqram dili üzərində qurulmuşdur.
ASP.net 2002-ci ildə Microsoft tərəfindən qurulan proqramlaşdırma dilidir. Əsas ideya olaraq orta və böyük ölçüdə web tətbiqlərdə istifadə üçün nəzərdə tutulmuşdur. Bu dilə nisbətən php üzərində yazılan tətbiqlər isə balaca web tətbiqlərdir. ASP.net üzərində qurulan tətbiqlərin aid olduğu şirkətlərdə əməkdaş sayı 1000-dən çox olur. Buradan da hər iki dil üzərində əsas fərqi görə bilirik. Yəni, PHP daha çox balaca web tətbiqlər üçün nəzərdə tutulmuşdur. İndiki dövrdə isə PHP ilə artıq orta sahibkarların da istədiyi kimi web tətbiqlər yaradıla bilir.
Əgər sıfırdan bir yeni tətbiq yaratmaq istəyirsinizsə, o zaman php kimi proqramlaşdırma dilindən istifadə etməyiniz lazımdır. Tətbiqiniz orta ölçülü bir tətbiqdirsə, o zaman ASP. Net üzərində işləməyiniz daha münasibdir. Qeyd edə bilərik ki, hər iki dil vasitəsi ilə kiçik tətbiqlər yaradıla bilər.
PHP ve .NET Arasındaki fərqlər:
PHP və .NET arasında əsas fərqlər onların tətbiq sahələrindən başlayır. Php əsasən, veb tətbiqlər üçün istifadə olunur, .NET isə veb, mobil, masaüstü və bulud tətbiqləri üçün daha geniş şəkildə istifadə niyyətinə uyğundur. PHP Linux və Windows üzərində daha effektiv şəkildə çalışır. .NET isə Windows, macOS və Linux üzərində işləyə bilir. PHP yalnız PHP dilində yazılır, .NET isə bir neçə dili dəstəkləyir. PHP-nin geniş hosting dəstəyi var və bu dil bir çox çox veb hosting təminatçıları tərəfindən dəstəklənir. DOT.NET əsasən Azure üzərində yaxşı işləyir, lakin digər bulud platformalarında da istifadəsi mümükdür.
Öyrənmə prosesi: PHP daha sadə dil quruluşuna sahibdir bu baxımından da istifadə etməsi daha asandır. .NET isə daha mürəkkəb və inkişaf etmiş xüsusiyyətlərə malikdir, bu da onun öyrənilməsini bir az daha çətinləşdirir.
Performans: .NET, performans baxımından optimallaşdırılmış bir platformadır və böyük miqyaslı layihələrdə yüksək performansı təmin edir. PHP isə performans baxımından kifayət qədər güclü olsa da çox böyük və mürəkkəb layihələrdə əlavə optimallaşdırma tələb edə bilər.
İstifadə Sahələri: PHP, adətən kiçik və orta miqyaslı veb layihələri, bloqlar, məzmun idarəetmə sistemləri və e-ticarət saytları üçün uyğundur. .NET isə böyük korporativ tətbiqlər, iş idarəetmə sistemləri və mikroservis memarlığı üçün daha uyğundur.
Chatbot istifadəçilərin suallarını ilk mərhələdə cavablandıra bilər və lazım olduqda canlı dəstək qrupuna yönləndirə bilər. Edilən araştırmalara görə saytlara canlı dəstəklərin əlavə edilməsindən sonra 30%-ə qədər satış performası artırılmışdır. Chatbox-ların bizə aşağıdakı faydaları vardır.
Maliyyə xərclərinin azaldılması 7/24 canlı dəstəyin verilməsi və zamanında istifadəçi tərəfindən verilən sualların cavablandırılması, ardından verilən cavablara müvafiq olaraq müştəri davranışının analiz edilməsi kimi xüsusiyyətləri birləşdirir. Burada tez-tez verilən sualları şablonlaşdıraraq chat box sayəsində rahatlıqla cavablandırmaq olar.
Korporativ şirkətlər üçün SSL Texnologiyası. Bu texnologiya ilə Saytlarınızı Qoruyun
SSL sertifikatı veb saytınız ilə ziyarətçilər arasında şifrəli bir əlaqə yaradır. Bu, önəmli məlumatların güvəndə qalmasını təmin edir. Saytınız HTTPS protokolu ilə başlayırsa, bu onun etibarlı olduğunu göstəricisidir. Saytınızı təhvil alarkən diqqət yetirin ki, saytda bu sertifikat mütləq olsun. Şirkətlər üçün veb saytlarin hazırlanması nda SSL sertifikatının olması məlumatların güvəndə qalmasını təmin edir. İstifadəçilər bu sertifikatın olmadığı saytlara adətən daxil olmur.
Zərərli proqramlar, saytınızın performansını azalda bilər və istifadəçilərin məlumatlarını təhlükəyə ata bilər. Etibarlı skaner proqramı istifadə edərək saytınızda mütəmadi yoxlamalar aparmalısınız.
Giriş formalarınızı güclü parollar və iki faktorlu identifikasiya (2FA) ilə qoruyun. Bu, icazəsiz girişi əngəlləməyə kömək edəcəkdir.
Güclü şifrələr, böyük hərf, kiçik hərf, rəqəm və xüsusi simvolları özündə birləşdirir. Şifrələrinizi müntəzəm olaraq dəyişdirin və eyni şifrəni bir neçə yerdə istifadə etməkdən çəkinin.
Mümkün məlumat itkisində, əvvəlcədən görülmüş ehtiyyat tədbirləri saytınızın tez bir zamanda əvvəlki vəziyyətə qayıtmasını təmin edər. Avtomatik ehtiyyat həllərindən istifadə edərək məlumatlarınızı qoruya bilərsiniz.
Güvənli və yenilənən bir veb inkişaf platforması seçin. Populyar platformalar, tez-tez yeniləmələri və geniş xüsusiyyətləri ilə daha güvənli olur.
Blokçeyn, bir çox kompüter (nöd) arasında yayılan və qeyd edilən əməliyyatları dəyişdirilməsi mümkün olmayan şəkildə qeyd edən bir mərkəzsiz və paylanmış rəqəmsal “qeydiyyat kitabçası”dır. Blokçeyn texnologiyasında məlumatlar bir-birinə zəncir formasında bloklar şəklində bağlanır.Bu texnologiya məlumatları mərkəzsiz şəkildə saxlayan, hər kəsə açıq və dəyişdirilməsi mümkün olmayan, kriptoqrafik üsullarla qorunan bir texnologiyadır.
Blokçeyn texnologiyası korporativ veb saytlar üçün müxtəlif sahələrdə tətbiq oluna bilər, bu da onların təhlükəsizliyini, şəffaflığını və funksionallığı baxımından əhəmiyyət daşıyır. Məsələn, kriptovalyuta ödəniş sistemləri ilə veb saytlar müştərilərinə təhlükəsiz və sürətli ödəniş imkanları təqdim edə bilər. Şəffaflıq və təhlükəsizliyi təmin edən blokçeyn texnologiyası, maliyyə hesabatları və s kimi məlumatlarının etibarlılığını artırmaq üçün də istifadə edilə bilər.
Korporativ veb saytlar ağıllı müqavilələrdən istifadə edərək müştərilərlə müqavilələri avtomatlaşdırıb, əməliyyatları sürətləndirə və 3- cü bir başqa vasitənin araya girməsinin qarşısını ala bilər. Mərkəzsiz tətbiqlər (dApps) vasitəsilə şirkətlər müştərilərinə daha təhlükəsiz və etibarlı xidmətlər təqdim edə bilər. Mərkəzləşdirilmiş tətbiqlərdə isə ən-ənəvi sistemdən istifadə edilir və əməliyyatlar mərkəzi serverdə saxlanılır. Qeyd olunduğu kimi mərkəzləşdirilməmiş sistemlərdə şəxsiyyət doğrulama sistemi ilə istifadəçilərin məlumatlarının təhlükəsizliyi təmin edilir və saxtakarlığın qarşısı alınır.
Təchizat zənciri idarəetməsi sahəsində blokçeyn texnologiyası məhsulların mənşəyini və yolunu izləməyə imkan verir, bu da məhsul keyfiyyətini artırır. Həmçinin, onlayn səsvermə sistemləri ilə şirkətlər daxili məsələlərdə şəffaf şəkildə qərarlar qəbul edə bilir.
Blokçeyn texnologiyasının korporativ veb saytlar üçün tətbiqi, onların fəaliyyətini daha etibarlı, şəffaf və effektiv edir, bu da müştəri məmnuniyyətini artırır və şirkətin rəqabət qabiliyyətini yüksəldir.