Reklam Şirkətləri: Falcon X ilə brendinizin inkişaf yolu peşəkar əllərdə olsun!

Reklam Şirkətləri: Falcon X ilə brendinizin inkişaf yolu peşəkar əllərdə olsun!
 

Bir brend öz məhsulunu  satışa təqdim etməzdən öncə nə qədər maliyyə sərf edəcəyini hesablamalıdır. Maliyyə ən önəmli detallardan biri olsada ümumi brendin təqdimat strategiyasının hazırlanması peşəkarlıq tələb edir. Hardan başlayıb, harada işini sonlandıracağını bilməyən sahibkarların və şirkətlərin köməyinə reklam şirkətləri gəlir.

Reklam, xərcləmə və gəlirdə əsas rol oynayır. Axı, biznesiniz reklam edilmirsə, o zaman müştəri və ya alıcı cəlb edə bilməyəcək. Reklam həm də vaxt və resurs tələb edir. Ümumi reklam strategiyası və digər işlər üçün sizin bir reklam agentliyinə ehtiyacınız olacaqdır.

Reklam Şirkətləri Nə İş Görür? Reklam şirkətləri, əsasən, sizin üçün marketinq departamenti kimi fəaliyyət göstərir. Reklam agentlikləri ya tam xidmət paketi, ya da xüsusi xidmətlər təklif edir. Yaxşı bir reklam sirketi  sizin ehtiyaclarınıza uyğun işləyir və şirkətiniz brendinizin tanıdılması baxımından xüsusi imkanlar yaradır.

Nə Zaman Reklam şirkətlərinə müraciət etməlisiniz?

  • Marketinq səyləriniz nəticə vermirsə.
  • Reklam fəaliyyətiniz yoxdursa.
  • Departamentiniz iş yükü ilə başa çıxa bilmirsə.
  • Marketinq üçün əsas komponentlər çatışmırsa.
  • Brendin bilinirliyini artırmaq istəyirsinizsə.
  • Satış yoxdursa.

Bəs Reklam agentliyi nə edir? Reklam agentlikləri, biznesin reklam ehtiyaclarını planlaşdırır, idarə edir. Onların vəzifələri aşağıdakılardır.

  • Bazar Araşdırması
  • Xüsusi reklam kampaniyalarının yaradılması
  • Brendin inkişafına yönəlik ideyaların verilməsi
  • “Reklam üçün satış” yazısının yazılması (Copywriting)
  • Dizayn
  • Reklam kompaniyalarının analizi,
  • PR və Kommunikasiya İdarəçiliyi
  • E-poçt Marketinqi
  • Sosial Medianın İdarə edilməsi
  • Veb saytların SEO optimizasiyası və s.

Reklam agentliyi yalnız marketnq strategiyalarını idarə etməklə kifayətlənməyərək eynii zamanda məzmun və yeni ideyalar təqdim edir, həmçinin müxtəlif strategiyalar üzərində çalışır. Bəzi hallarda reklam agentliyi təşviq və digər marketinq ehtiyaclarını da idarə edə bilər.

Reklam şirkətləri adətən müxtəlif sahələrdə ixtisaslaşmış komandalardan ibarət olur. Kreativ komandalar reklam kampaniyalarının yaradıcı və vizual tərəflərini inkişaf etdirir, strategiya və planlama mütəxəssisləri isə markaların hədəf kütləsi ilə necə əlaqə quracağını müəyyənləşdirir. Media planlaması və satış  komandaları isə reklam kampaniyalarının doğru kanallarda və doğru zamanda yayımlanmasını təmin edir.

Bugünkü rəqəmsal mühitdə marka tanınması və xüsusiyyətlərini müştərilərə doğru şəkildə ötürmək hər zamankindən daha vacibdir. Bu rəqiblər arasından fərqlənməyin, sənayedə özünüzü etibarlı lider kimi möhkəmləndirməyin açarıdır. Lakin onlayn mühitdə bu qədər brend varkən markanızı diqqət mərkəzinə necə sala bilərsiniz?

Məhz burada rəqəmsal marketinq agentliyi sizin əsas vasitəniz ola bilər. Gəlin nəzər salaq, Reklam şirkətləri necə “brand awareness” yarada bilər.

Marka Kimliyi Yaratmaq:

Güclü marka kimliyi, marka tanınmasının təməlidir. Reklam şirkəti sizə marka səsinizi, vizual kimliyinizi müəyyən etməyə kömək edir. Onlar bütün platformalarda uyğunluğu təmin edərək tanınan və yaddaqalan marka strategiyası yaradır.

Məzmun Krallığıdır:

Məzmun marketinqi brend təqdimatı üçün güclü bir vasitədir. Agentliklər sizə hədəf auditoriyanızla rezonans doğuran məzmun strategiyası hazırlamaqda kömək edəcək. Bu xidmətlər bloq yazıları, videolar, sosial media məzmunları və daha çoxunu əhatə edir.

Sosial Media üzərində təcrübə

Sosial media platformaları markanın tanınması üçün qızıl mədənidir. Rəqəmsal marketinq agentliyi sizə hədəf auditoriyanıza çatmaq üçün cəlbedici sosial media kampaniyaları hazırlamaqda kömək edə bilər. Onlar sosial media mövcudluğunuzu idarə edəcək, cəlbedici məzmun yaradacaq və izləyicilərinizlə mənalı qarşılıqlı əlaqələr quracaqlar.

Reklamın Gücü:

Google Ads və sosial media kimi platformalarda strateji ödənişli reklam kampaniyaları marka tanınmasını əhəmiyyətli dərəcədə artıra bilər. Agentliklər düzgün auditoriyanı yüksək dəqiqliklə hədəfləmək və sərmayənizin (ROI) maksimum dərəcədə qaytarılmasını təmin etmək üçün təcrübəyə malikdirlər.

Axtarış Mühərriki Optimizasiyası (SEO) üzrə ixtisaslaşma:

SEO veb saytınızın axtarış motoru nəticələri səhifələrində (SERP) daha yüksək yer tutmasına kömək edir. Rəqəmsal marketinq agentliyi veb saytınızı və məzmununuzu uyğun açar sözlər üçün optimallaşdırır, bu da potensial müştərilərin sizi onlayn qaydada tapmasını asanlaşdıracaq.

Reklam şirkətləri yaratdıqları kompaniyaların uğurlu olub olmamasını ölçmək üçün müxtəlif analiz alətlərindən və tool-lardan istifadə edirlər. Bu da strategiyanı yaxşılaşıdıraraq, daha uğurlu nəticələr qazandırır. Bu alətlər aşağıdakılardır.

Reklam agentliklərində Semrush, Google Trends,  Hootsuite, Sprout Social, Google Analytics, Yandex Metrica və s kimi digital analiz alətlərindən artıq bu sahədə təcrübəli və ixtisaslaşmış mütəxəssislər istifadə edir. Onlar hər bir müştəriyə və onların fəaliyyət göstərdiyi sahəyə uyğun olaraq xidmətlər təklif edirlər. Ona görə də işini daha professional görmək istəyən sahibkarların, təcrübəli reklam şirkətləri ilə çalışmaları onların satışlarını daha da artıracaq və məhsullarının bazarda tələbatı yüksələcəkdir.


Reklam şirkətlərinin tarixi və ilkin reklam şirkətləri


Reklam sirketlərinin tarixi, ilkin dövrlərdə nümayəndələrin müxtəlif media orqanlarına reklam sahəsi satması ilə başlayıb. İlk reklam şirkəti 1786-cı ildə William Taylor tərəfindən Londonda açılıb. ABŞ-da isə Volney B. Palmer 1840-cı ildə ilk agentliyi qurub. O, qəzetlərdə böyük sahələri endirimli qiymətlərlə alaraq daha yüksək qiymətə reklamçılara satıb. 19-cu əsrdə N.W. Ayer & Son tam xidmət göstərən ilk agentlik olmuşdur  və De Beers, AT&T kimi müştərilər üçün uğurlu kampaniyalar yaratmışdır.

Bu zamanda digər yaradılmış agentliklərdən biri də Ogilvy & Mather reklam agentliyidir. Ogilvy, Nyu-York şəhərində yerləşən Britaniyalı reklam, marketinq və ictimai əlaqələr agentliyidir. 1850-ci ildə Edmund Mather tərəfindən Londonda qurulmuşdur. 1964-cü ildə, David Ogilvy tərəfindən 1948-ci ildə Nyu-Yorkda qurulan agentliklə birləşdikdən sonra agentlik Ogilvy & Mather adını almışdır. O zamandan bəri çox sayda agentliklərin yaradılmasına başlanılmışdır. Marketinq sahəsinin inkişafı ilə əlaqədar olaraq da reklam şirkətləri öz xidmət sahələrinə müxtəlif xidmətlər əlavə etmişdirlər.
 

Reklam şirkətləri və müştərilər arasındakı əlaqə


2014-cü ildə Rubin Postaer və Associates (RPA) tərəfindən müştəri/agentlik münasibətləri haqqında keçirilmiş sorğu göstərdi ki, qarşılıqlı inamın əhəmiyyəti agentliklər və müştərilər üçün eyni dərəcədə vacibdir. RPA-nın innovasiya üzrə SVP-si Tim Leake, bu tədqiqatın nəticələrini "Çılpaq Həqiqət" adlandırılan öz kampaniyasına çevirdi.

Müştəri xidməti: Müştəri, marketinq layihəsindəki istənilən dəyişikliklər və ya yeniliklər haqqında məlumatlandırılmalıdır, fərqi yoxdur bu dəyişikliklər yaxşıdır, pisdir və ya neytraldır. Bu yolla onlar qəbul edilməli olan vacib qərarlara öz fikirlərini əlavə edə biləcəklər. Beləliklə, müştərilər fikirlərinin eşdilmədiyinə dair düşüncələrini edilən müzakirələrlə müsbət istiqamətdə dəyişə bilər.

Açıq fikirlilik

Müştərilərin 88%-i həmişə sərbəst danışdıqlarını qeyd etdikləri  halda, agentliklərin yalnız 36%-i bu fikirə qatılır. Münasibətin həqiqətən məhsuldar olması üçün hər kəsin dinlənilməsini və fikrini sərbəst şəkildə ifadə etməyə həvəslənməsini  təmin etmək lazımdır. Bu, maksimum əməkdaşlıq və yaradıcılığa səbəb olacaq. Müştərilər yeni ideyalar və strategiyalar haqqında agentliklərlə danışarkən açıqfikirlilik nümayiş etdirməlidirlər. Axı, yaxşı agentliklər öz sahələrində ekspertdir və 100-lərlə müştəri ilə bağlı təcrübəyə malikdirlər.

Bəzi müştərilər reklam şirkətləri ilə  bir neçə onillik davam edə biləcək uğurlu bir əlaqə qurmağı və saxlamağı bacarırlar, lakin digərləri bir neçə ili belə keçə bilmirlər. Bütün sahələrdə olduğu kimi, müştəri-agentlik əlaqələri də ,xüsusilə reklam şirkətləri ilə, yüksəliş və enişlərdən keçir. Səmimi səylər göstərərək güclü bir təməl yaratmağı bacaranlar bu çətin dövrlərdən keçməyi və arzulanan nəticələrə nail olmağı bilirlər.



Reklam şirkətləri və onların növləri


Tam xidmət  veren reklam agentlikləri: strateji planlaşdırma, media və rəqəmsal marketinq kimi müxtəlif xidmətləri bir “çətir”altında təqdim edir. Bu agentliklər, markaların marketinq strategiyalarını bütöv şəkildə idarə edərək effektiv ünsiyyət qurmalarını təmin edir.

Dijital reklam agentlikləri, markaların internet üzərindəki görünürlüklərini artırmaq, onlayn satışları təşviq etmək və hədəf kitləyə çatmaq üçün xüsusi xidmətlər təqdim edir. Bu agentliklər, sosial media marketinqi, SEO (Axtarış Motoru Optimallaşdırması), PPC (Ödənişli Kliklər), E-poçt marketinqi və kontent yaratma kimi sahələrdə ixtisaslaşıblar. Dijital reklam strategiyaları, markaların rəqabətdə önə çıxmasına və daha yüksək ROI (Qaytarma əmsalı) əldə etməsinə kömək edir.

Ənənəvi reklam agentlikləri: Belə Reklam şirkətləri televiziya, radio və çap kimi kanallarda reklam yerləşdirir, yaradıcı kampaniyalarla markaların tanıdılmasını təşkil edir.

Sosial media marketinq agentlikləri: Bu tip agentliklərin əsas vəzifələri  sosial media strategiyasının,  yaradıcı kontent və reklam kampaniyalarının hazırlanması və idarə edilməsidir. Eyni zamanda, analitik hesabatlar hazırlanaraq kampaniyaların effektivliyi izlənir, brendin sosial media üzərindən tanıdılması üzərində iş aparılır. Influencer marketinqi də bu prosesin bir hissəsi olaraq həyata keçirilir.

Kreativ butiklər: Müştərilərin ehtiyaclarına uyğun kreativ dizaynlar təklif edir və onlara kampaniyalarını izləmək və reklamlarını harada yerləşdirəcəklərinə qərar vermək imkanı verir. Müştərilər kreativ məzmun yaratmaq və kampaniya strategiyaları planlamaq üçün bu agentliklərə müraciət edirlər. Bu agentliklər, həmçinin sosial media üçün məzmun yaradılması kimi xidmətlər göstərir.


Bəs nəyə görə  Reklam şirkəti seçiminiz -Falcon X şirkəti olmalıdır?
 

Falcon X Azərbaycan/Bakı və Türkiyə/İstanbul ofisi olmaqla fəaliyyət göstərən özündə həm reklama agentliyini, həm də bir yazılım (Proqramlaşdırma) şirkətini birləşdirən özəl bir qurumdur.  Falcon X İstanbul komandası və Bakı komandası olaraq texnolojik və yenilikci metodlardan istifadə edərək bütün müştərilərinə keyfiyyətli xidmət göstərməkdədir.

Rəqəmsal Marketinqdə əsas məqsədlərimiz:

  •  Müştərimizin  online varlığının yaradılması və marka dəyərinin artırılması
  •  Effektiv kampaniyalar qurmaq və idarə etmək.
  •  Sosial Mediadan və Veb saytlardan satışın artırılması
  •  Doğru hədəfləmə ilə potensial alıcı kütləsinə çatma
  •  Sosial Mediada müştəri rəylərinin və suallarının cavablandırılması təmin edilir.
  •  Sosial platformalarda müştərilərin aktivliyini artırmaq
  •  Rəqib strategiylarının araşdırılması

Falcon X şirkəti olaraq aşağıdakı xidmətləri göstəririk.

- Bütün dijital platformlarda sosial varlıqların yaradılması (Google, YouTube, Instagram, LinkedIn, Twitter)

  • - Bütün sosial hesabların bir mərkəzə bağlanması və idarə edilməsi
  • - Həm sosial, həm də veb saytda səhifələrin optimizasiya edilməsi
  • - Sosial media səhifələri üçün  əsas detalların (banner, poster, logo, banner,  bio) hazırlanması
  • - Günlük posterlərin və məzmunların yaradılması
  • - Peşəkar foto, video çəkilişlərinin edilməsi
  • - Sosial media  platformlarında reklamların yerləşdirilməsi və büdcənin idarə edilməsi
  • - Saytın SEO-nun işlənməsi( minimum 6 ay)

Biz Kimik? Falcon X Azərbaycan/Bakı və Türkiyə/İstanbul ofisi olmaqla fəaliyyət göstərən bir yazılım (Proqramlaşdırma)  və reklam şirkəti dir. İstanbul komandası və Bakı komandası olaraq texnolojik və yenilikci metodlardan istifadə edərək müştərilərinə keyfiyyətli xidmət göstərməkdədir. Dijital marketinq və sosial media idarəetməsi üzrə ixtisaslaşmış şirkətimiz, sizlərə əhatəli və effektiv həllər təklif etməyi hədəfləyir.

Sosial Media İdarəetməsi və Post Hazırlanması: Falcon X Reklam Agentliyi, TikTok, Instagram və digər populyar platformalarda təsirli sosial media marketinq (SMM) postları hazırlayaraq, bu məzmunların idarə edilməsini öz üzərinə götürür.

 Hər bir post, Azerbaycan-Türkiyə ofisimiz tərəfindən markanızın kimliyinə və hədəflərinə uyğun olaraq diqqətlə tərtib edilir və optimallaşdırılır.

Reklam Strategiyaları: Reklam kampaniyalarınızın uğuru üçün strateji planlamalar həyata keçirərək, düzgün hədəf kəsiminin seçilməsi və açar sözlərin araşdırılması ilə effektiv nəticələr əldə etmənizi təmin edirik. Falcon X, sizin üçün fərdiləşdirilmiş reklam strategiyaları hazırlayır, beləliklə markanızın bazar içindəki mövqeyini gücləndirir.

Meta Business İstifadəsi: Meta platformalarında effektiv bir varlıq qurmaq üçün Meta'nın təqdim etdiyi vasitələrdən peşəkar şəkildə istifadə edərək, sosial media təqvimi düzgün və etkin bir şəkildə idarə edirik. Bu sayədə postlarınızın vaxtında yayımlanmasını və geniş kütlələrə çatmasını təmin edirik.

Veb Sayt və SEO Optimallaşdırılması: SEO uyğun veb saytların dizayn edilməsi və axtarış motorlarında yüksək sıralamalar əldə etmənizi təmin etmək bizim işimizdir. Reklam şirkəti mizin müasir SEO texnikaları və məzmun strategiyaları ilə veb saytınızı optimallaşdırır, orqanik trafikinizi artırır və dönüşüm nisbətlərinizi yaxşılaşdırırıq. Nəticə olaraq, axtarış nəticələrində ilk 5 sırada qərarlaşmaq şansınızı qaçırmayın.

Mobil Tətbiqin İnkişaf Etdirilməsi: Mobil dünyada rəqabət üstünlüyü əldə etmək istəyən şirkətlər üçün istifadəçi dostu mobil tətbiqlər inkişaf etdiririk. Bu xidmətimiz bizden veb sayt aldığınız təqdirdə tamamilə pulsuzdur və e-ticarət veb saytlarınızın mobil uyğun olmasını təmin edərək, istifadəçi təcrübəsini maksimuma çıxarırıq.

E-Ticarət Veb Saytının Qurulması: E-ticarət saytınızı, müasir və istifadəçi dostu interfeyslərlə dəqiqələr içində hazır vəziyyətə gətiririk. Güclü e-ticarət infrastrukturumuz sayəsində, onlayn satışlarınıza başlamaq üçün lazım olan bütün texnologiyalara sahibik.

Falcon X olaraq, dijital dünyadakı uğurunuzu təmin etmək üçün yaradıcılıq və texnologiyi birləşdirən həllər təklif edirik. Hər bir müştərimizin ehtiyaclarına özəl olaraq hazırladığımız strategiyalarla, markanızı yeni zirvələrə çatdırmaq üçün buradayıq. Bizimlə əlaqə saxlayın və dijital marketinqdəki potensialınızı maksimuma çıxarın.

 

 

Demo Sorğusu

©️ 2022 Falcon X®️ E-ticarət Proqramı
Falcon X MMC onun "Falcon X" "®️" şirkətinin qeydə alınmış ticarət nişanıdır.