SEO Optimizasiyası və 10 Ən Yaxşı SEO Proqramı

SEO Optimizasiyası və 10 Ən Yaxşı  SEO Proqramı

SEO optimizasiyası həm texniki cəhətdən həm də məzmun səviyyəsində işlənilib doğru strategiya ilə tətbiq olunmalıdır. SEO optimizasiyası təkcə SEO işlərini əhatə etmir eyni zamanda Sosial mediada və s aparılan xarici SEO işləri də hədəflənən nəticələrin əldə olunmasında önəmlidir.

Məzmun strategiyasında SEO optimizasiyasına başlayanların etdiyi ən böyük səhvlərdən biri keyword seçimində  çox rəqabətli açar sözlərə yönəlməkdir. Məsələn, əgər siz bir dəriyə qulluq markası idarə edirsinizsə və "dəriyə qulluq rutini" açar sözü ətrafında bir blog yazısı yaratmaq istəyirsinizsə, bu açar sözlər çox rəqabətli olduğundan ilk sıralarda  yer almağınız  olduqca çətindir. Bunun əvəzinə, “kişilər üçün dəriyə qulluq “və ya “quru dəri üçün dəriyə qulluq vasitələri” kimi uzun quyruqlu açar sözləri hədəfləməlisiniz.

Yaratmaq isədiyiniz məzmun üzrə açar söz tapmaq istəyirsinizsə, ən yaxşı vasitə google axtarış matorundan istifadə etməkdir. Axtarmaq istədiyiniz sözü axtarış buttonu-na əlavə edin. Bu zaman alt hissədə çıxan təkliflər sıralamasından bloq yazıları yazmaq üçün daha çox söz ehtiyatı olduğunu görəcəksiniz.

Bu gün SEO-da əsas məqam axtarış niyyəti-dir. Bu, istifadəçilərin axtarış edərkən nəyi əldə etmək istədiklərini nəzərə alaraq ona uyğun veb saytın  optimallaşdırılmasıdır.  SEO optimizasiyası nda məzmununuzu axtarış niyyətinə görə planlayacaqsınızsa, zamanla daha yüksək sıralarda yer alacağınızı görəcəksiniz.

Digər bir məsələ  müştərilərin etibarını və güvənin qazanmaqdır. Əgər pişik yemi satan bir veb sayt öz məzmununda məhsulunun müsbət, eyni zamanda mənfi cəhətlərini vurğulayırsa,  bu alıcılarda həmin məhsula olan inamı artıracaqdır.

Google search console və SEO optimizasiyası

Google search console-SEO optimizasiyası üçün əvəzsizdir. Nəzərə alın ki, saytınız yenidirsə, onu google search console-a əlavə etməlisiniz. Bu əməliyyat saytın SEO optimizasiyası üçün edilir. Google Search Console-a əlavə edilən sayt daha tez indekslənir və axtarış sıralamasında görünür.

SEO optimizasiyası prosesində SEO mütəxəssisi və developer birlikdə işləyir. Bunun üçün google search console- da əvvəlcə hesab açılmalıdır. Proqram sizə sayt “mülk”nü əlavə etmək üçün 2 seçim verir.
 

1. Domen (Domain) Mülkiyyəti təsdiqi
 

DNS TXT- Bu seçim saytınızın bütün alt domenləri və URL-ləri ilə birlikdə təsdiqlənməsi üçündür:

   -Necə tətbiq edilir: Google sizə DNS TXT yazısı verir, bunu domain idarəetmə panelinizə əlavə etməlisiniz.

URL Prefiksi- Bu seçim, müəyyən bir URL prefiksi təsdiqlənmə üçündür:
 

   - Necə tətbiq edilir: Developer HTML faylını, meta etiketi saytın “head” bölümünə əlavə edir. Həmçinin Google Analytics və ya Tag Manager kimi vasitələrin köməyi ilə də saytı google search console-a əlavə etmək mümkündür.

Saytı Google Search Console-a əlavə edilməsinin sayt optimizasiyasına təsiri:

-Saytın indekslənməsi
-SEO performansını analiz edilməsi
-Səhvlərin tapılması və düzəldilməsi
-Sayt xəritəsinin əlavə edilməsi
-Manuel indeksləmə istəklərinin göndərilməsi
-Bağlantıları haqqında məlumat
-Mobil uyğunluq testi

Google Analytics və Google Search Console İnteqrasiyası

Google Analytics tək başına bir çox məsələlərin( SEO optimizasiyası baxımından) öhdəsindən gəlsə də onu Google Search Console ilə birləşdirdikdə daha uğurlu  hansı nəticələri ala bilərik?

GSC hesabınızı GA ilə əlaqələndirdikdə, insanların saytınızı tapmaq üçün istifadə etdikləri açar sözlərlə, orqanik CTR və daha çox faydalı məlumatlarla təmin olunacaqsınız.


SEO optimizasiyasına təsir edən amillər


SEO sırlamasına təsir edən 200-dən artıq faktor vardır. Bunlar saytın işləməsini və axtarış matorlarda hansı yerlərə gələcəyini müəyyən edir. SEO optmizasiyasında  həm texniki, həm də on-page işləmləri əhəmiyyət daşıyır. Veb saytın optimizasiya olunması üçün aşağıdakı detallar vacibdir.

-Saytın SEO göstəricilərinin hansı vəziyyətdə olmasını aşkar etmək üçün müxtəlif toollar mövcuddur. Bunlardan ən reytinqli proqramlar Google-un təklif etdiyi proqramlardır.

Canonical  tag 

Canonical tag veb saytın səhifəsində  hansı səhifənin orginal olduğunu vurğulamaq üçün istifadə olunur.  Bunun üçün SEO mütəxəssisi saytdan hansı canonical tag-ların olmadığını müəyyən edərək developerə yönləndirməlidir. Google Search ConsoleScreaming Frog SEO kimi alətlər canonical tagların müəyyənləşdirilməsinə  kömək edir.  Canonical taglar müəyyənləşdirildikdən sonra siyahı developerə verilməlidir. Developer url-lərə görə kod yazaraq bu kodu sayta daxil edir, beləliklə,  hər bir səhifənin canonical tag olduğunu google axtarış matorlarına bildirir. Canonical tag SEO optimizasiyası üçün də olduqca vacibdir. Sayt analizində  canonical tagların olmaması ən ciddi  problem sayılır, bu da onun SEO üçün vacibliyini göstərir.

Beləliklə canonical tag-ın aşağıdakı vəzifələri vardır:

-Təkrarlanan Məzmun Problemlərini Həll Etmək:
-Axtarış Motorlarının İndeksləməsini Yönləndirmək:
-SEO optimizasiyasında  Əsas Gücü Toplamaq:

  • Eyni məzmun müxtəlif URL-lərdə olduqda, axtarış motorları bu URL-lərin SEO gücünü (link juice) bölüşdürür.
     

Sitemape-in səhifələrin optimallaşdırılmasındakı rolu

Sayt Xəritəsi: Vebsayt Planlamasında Vacib Bir Alətdir

Sayt xəritəsi vebsayt səhifələrinin siyahısını özündə cəmləşdirir və bu səhifələr adətən iyerarxik qaydada təşkil olunur. Sayt xəritəsinin qurulması, saytın arxitekturasını açkar etmək üçün vacib prosesdir, eyni zamanda bu proses axtarış matorlarına saytın səhifələrini tapmaqda kömək edir. 

Sayt Xəritəsinin Məqsədi

Sayt xəritəsinin əsas məqsədi, vebsaytın naviqasiya axınını həm istifadəçilər, həm də axtarış motorları üçün məntiqli şəkildə yaratmaqdır. Sayt xəritəsi vebsaytın quruluşunu göstərən bir xəritə rolunu oynayır və hər səhifənin saytın ümumi strukturu ilə əlaqəli olduğunu bildirir.  

Sayt Xəritəsinin önəmi

Sayt xəritəsi tərtib edərkən, vebsaytın həcmini və mürəkkəbliyini asanlıqla müəyyən etmək mümkündür. Sayt üzərində çalışan mütəxəsslərin görəcəyi işlər bu xəritə ilə asanlaşır.

Sayt Xəritəsinin Qurulması

1. Əsas Səhifələrin Siyahısını Yaradın: İlk addım olaraq, vebsaytınızın əsas səhifələrini siyahıya alın. Gələcək vebsaytınızın bütün əsas bölmələri haqqında düşünün və onları qeyd edin.

2. İkinci Dərəcəli Səhifələri Müəyyən Edin: Saytınızda bəzi məzmunlar var ki, onlar əsas kateqoriyada olmaq üçün kifayət qədər əhəmiyyətli deyil, amma yenə də daxil edilməlidir. Bu məzmunlar, adətən, vebsaytın əsas naviqasiyası vasitəsilə daxil edilə bilməyən, amma digər kateqoriyaların altında yerləşə bilən səhifələrdir.

3. Naviqasiya Elementlərinin Sayına Diqqət Edin: Bir qayda olaraq, əsas naviqasiya elementlərinin sayı 5-7-dən çox olmamalıdır. Digər səhifələr isə alt naviqasiya və ya üçüncü dərəcəli naviqasiya elementləri kimi təşkil olunmalıdır.

SEO üçün məzmununuzu optimallaşdırın

Məzmununuz hazır olduqdan sonra onu SEO üçün optimallaşdırmalısınız. Son google update-lərinə baxıldıqda burada açar sözlərlə zəngin  məzmunların deyil, açar sözləri optimal yerləşdirilmiş, keyfiyyətli məzmunların üstünlük təşkil etdiyini görərik.  Əsas məsələ yazının keyfiyyətli olmasıdır. Bu gün on-page SEO olduqca sadədir:

- Açar sözü başlıqda(H1) istifadə edilməlidir

- İlk paraqrafda 100 sözdə açar söz mütləq işlədilməlidir.

- Məzmunda bir neçə dəfə açar sözü təkrarlanmalıdır.

Məsələn, Exploding Topics blogundakı bir yazı "biznes trendleri" açar sözü üçün optimallaşdırılıb və həmin açar söz başlıqda və məzmunun başlanğıcında istifadə edilib. Bu onu göstərir  ki, məzmunun keyfiyyəti axtarış matorları üçün yetərincə qiymətli bir siqnaldır. 

Əsas Məqamlar

1. Aşağı rəqabətli uzun quyruqlu açar sözləri hədəfləyin.

2. Axtarış niyyətini qarşılayan məzmun yaradın.

3. Məzmununuzu on-page SEO üçün optimallaşdırın

4. Məzmununuzu istifadəçiyə görə optimallaşdırın.
 

SEO optimizasiyası üçün istifadə edilən 10 əsas tool
 

1.Answer The Public Saniyələr içində 150+ açar söz ideyası təqdim edir. Əksər SEO alətləri məlumatlarını eyni yerdən, yəni Google Keyword Planner-dən aldığı halda, Answer the Public insanların forumlarda, bloqlarda və sosial mediada verdiyi suallara əsaslanır, həmin sualları açar sözlərə çevirir.

2.HubSpot’un SEO

Bu alət, açar sözlərin uyğunluğu, rəqabət dərəcəsi və populyarlığına əsasən məzmun mövzuları təklif edir. Bu, sizin biznesinizin əsas mövzuları ətrafında məzmun yaratmağınıza kömək edəcəkdir. Ən əsası da bu mövzuda axtarış edənlər məhsulu almağa ən yaxın olan müştərilərdir. Bu isə o deməkdir ki, satışların artırılmasında bu alət istifadəçilərə olduqca böyük imkanlar yaradır. 

3.CanIRank
Sizə seçdiyiniz söz üzrə rəqabət faizini və sıralana bilib-bilməyəcəyinizi xəbər verir. Həmçinin axtarışda sıralanmağınız üçün sizə təkliflər də verir. 

4.Google Lighthouse

Veb saytı optimallaşdırmaq üçün Google Lighthouse proqramından SEO mütəxəssislər tez-tez istiadə edirlər. Bu, saytınızın SEO performansı haqqında ətraflı hesabatlar hazırlayaraq onu necə təkmilləşdirməyinizə dair təlimatlar verən brauzer uzantısıdır.
Proqramı Google Chrome-a əlavə etdikdən sonra təhlil etmək istədiyiniz səhifədə olanda onu açmalısınız. Ardından “hesabat yarat" düyməsini basmalısınız. Proqramla həyata keçirilən proseslər:

1.Səhifənin  yüklənmə sürəti
2.Əlçatanlıq
3.SEO 

Həmçinin bu proqram vasitəsi ilə  saytınıza zərər verən elementləri aşkarlaya bilərsiniz.

Google’s Mobile-Friendly Test

Google’s Mobile-Friendly Test vasitəsi ilə siz saytınızın mobile uyumlu olub -olmadığını yoxlaya bilərsini.  bunun üçün hər hansı bir developerə və yaxud digər vasitələrə ehtiyacınız olmayacaq. Ən əsası isə burada səhifənin sürətini asanlıqla yoxlaya bilərsiniz.

5.SEOquake
SEOquake sizə müxtəliş axtarış matorlarındakı göstəriciləri real vaxtda ölçməyə imkan verir:
- Backlinklər,  Google indeks yeniləmələri,  Semrush reytinqi, Bing indeksi, Facebook bəyənmələri, Veb arxiv səhifəsi, Pinterest pin sayı.
Bu saytdan ilk zamanlarda istifadə etmək çətin kimi görünsə də sonrakı istifadələrdə  ən çox müraciət edəcəyiniz proqram olacaqdır.

6.Ubersuggest

Bu proqram 100 faiz pulsuzdur. Sıralanmaq istədiyiniz sözü axtarışlara yazın. Ubersuggest açar söz çətinliyi, aylıq axtarış həcmi və daha çoxu haqqında sizə ətraflı məlumat verir. Üstəlik, daxil etdiyiniz açar sözə əsaslanaraq proqram sizə digər açar sözlər barəsində də tövsiyə verəcəkdir.

7.Google trends
Bu proqram istifadəçilərə real vaxtlı trend olan sözləri araşdırmaq imkanı verir. Sadəcə siz uyğun açar sözü daxil edib regionu seçməlisiniz.  Əgər daha ətraflı məlumat almaq istəyirsinizsə,  alt bölmələrə qədər sürüşdürüb əlavə məlumat ala bilərsiniz.

8.Google Analytics

Google Analytics əslində bir SEO aləti deyil. Amma onsuz SEO optimizasiyası aparmaq demək olar ki, mümkün deyil.

Niyə?

Google Analytics-dəki məlumatlar sizə SEO səylərinizin nəticə verib-vermədiyini göstərir.
Bu məlumatlar aşağıdakılardır:

  • Orqanik trafik

  • Bounce rate (sayt səhifəsində vaxt kecirilmə faizi)

  • Kütlənin daxil olduğu mənbələr

  • Saytda keçirilən vaxt

  • Səhifənin yüklənmə sürəti

9.Reddit Keyword Research Tool
Beləliklə, əgər hədəf auditoriyanızın Reddit-də harada vaxt keçirdiyini bilirsinizsə, bu proqram  açar söz və məzmun mövzusu ideyası  üçün bir xəzinədir. 

Çünki bu alət, başqa heç bir alətlə tapılma ehtimalı olmayan terminləri ortaya çıxara bilir. Bu alət, müəyyən subreddits-lərdə tez-tez rast gəlinən Reddit söz və ifadələri özündə toplayır.

10.MozBar
Mozbar, vaxtınıza qənaət edən və saytların domain authority (DA) dərəcəsini birbaşa SERP-lərdə (axtarış nəticələri səhifələrində) görməyə imkan verən mükəmməl bir brauzer genişləndirməsidir. 

MozBar sizə SERP-dən çıxmadan axtarış nəticələrini görməyə imkan verir. Belə  ki,  saytların DA və page authority (PA) skorlarını rahatlıqla  görə bilərsiniz.


Saytın Sürətinin SEO optimizasiyasına Təsiri


Saytın SEO optimizasiyası-nda  əsas məqamlarından biri də saytın sürətidir. Sayt nə qədər sürətli olarsa, bu google axtarış matorları üçün bir siqnal olacaqdır, hansı ki sayt daha yüksək sıralama yerlərinə qədər yüksələcəkdir. Bu proseslər SEO mütəxəssisi və developerin birlikdə görəcəyi işlərə aiddir.  Bu mərhələlər aşağıdakı kimidir:

  • Gərəksiz, renderi gecikdirən JavaScript-in silinməsi

  • CSS və JavaScript fayllarının minimallaşdırılması

  • HTTP sorğularının minimuma endirilməsi: HTTP sorğularının sayını azaltmaq veb saytın yüklənmə sürətinə təsir edir, optimallaşdırır.

  • Şəkillərin Sıxılması: Böyük ölçülü şəkillər veb saytın sürətinə əhəmiyyətli dərəcədə təsir edə bilər.

  • Keşləmənin Aktiv Edilməsi: Keşləmə, veb səhifənin daha sürətli yüklənməsi üçün məlumatları müvəqqəti olaraq saxlamağa imkan verir.

  • Məzmun Dağıtım Şəbəkələrindən (CDN) İstifadə: CDNLər, məzmunun coğrafi olaraq istifadəçilərə daha yaxın serverlərdən çatdırılmasını təmin edir və yüklənmə sürətini artırır.

  • Lazy loading-in əlavə edilməsi-Veb səhifədəki şəkillərin və ya videoların yalnız istifadəçinin həmin məzmuna doğru hərəkət etdikdə yüklənməsini təmin edir. 

 

 

 



 



 


 





 


 

 

 

Demo Sorğusu

©️ 2022 Falcon X®️ E-ticarət Proqramı
Falcon X MMC onun "Falcon X" "®️" şirkətinin qeydə alınmış ticarət nişanıdır.