SMM xidməti bir reklam agentliyinin brend mövcudluğunu artırmaq, brendləri tanıtmaq, yüksək izləyici kütləsinə çatmasını təmin etmək üçün strategiyanın planlaşdırılmasından geri dönüşlərin əldə edilməsinə qədər olan fəaliyyətlər toplusudur. Buraya yüksək keyfiyyətli sosial media məzmunlarının yaradılması, reklamların uyğun açar sözlər ətrafında hazırlanması və s aiddir. Əvvəlcə SMM xidməti nin hansı məşhur platformalarla bağlı olduğunu qeyd edək. Aşağıdakı platformalar geniş izləyici kütləsinə sahibdir. Həm əyləncəli məzmunların, həm də satışların- biznesin burada onlayn mövcudluğu bu platformaları daha maraqlı, cəlbedici hala gətirir.
Facebook
Facebook bir vaxtlar olduğu kimi maraqlı platforma olmaya və gənc istifadəçilər arasında populyarlığını itirə bilər. Amma o hələ də ən əsas sosial media platforması kimi qalmaqda davam edir. SMM xidmətləri nin təşkili zamanı bu sosial media platformasına marketoloqlar xüsusi önəm verirlər.
Bu gün Facebook, Instagram, WhatsApp və Threads kimi platformalara sahib olan Meta adı altında fəaliyyət göstərir. Meta-nın tam illik qazanc hesabatına görə, onun “Tətbiqlər Ailəsinə” – Facebook, Instagram, Messenger, WhatsApp və digər tətbiqlər daxildir.
Maliyyə xidmətləri, e-ticarət, pərakəndə satış, media, telekommunikasiya, texnologiya və istehlak malları kimi sənaye sahələri hələ də Facebook-un geniş təsir dairəsindən istifadə edərək istehlakçılarla əlaqə qurur və marka mövcudluğunu artırır. Bu növ sahibkarlar SMM xidməti ndə bu platformanı olduqca sıx istifadə edirlər. Yeni sektorlar olan oyun, əyləncə və avtomobil biznesləri də platformada öz yerini möhkəmləndirirlər.
Facebook-da dönüşümləri (məsələn, satışlar, abunəliklər və ya digər istənilən hərəkətləri) artırmaq istəyirsinizsə, Facebook reklamlarına investisiya etmək ən yaxşı seçimdir.
Bunun səbəbi isə, Facebook-un News Feed algoritması vasitəsilə üzvi (reklamsız) biznes postlarını daha az göstərməsidir. Yəni, Facebook reklamları olmadan biznes postlarının geniş kütləyə çatması daha çətin olacaqdır.
Youtube
YouTube orijinal video sosial media platforması olaraq üstün mövqeyini qoruyur. Hazırda 2.5 milyard aylıq aktiv istifadəçi ilə ən çox istifadə olunan ikinci platformadır.
Alphabet-in 2022-ci ilin dördüncü rübü üzrə qazanc hesabatına görə, YouTube reklamları 2022-ci ildə 29.24 milyard dollar gəlir gətirib. Bu rəqəmin reklam olmayan mənbələrdən əldə olunan gəlirləri, o cümlədən YouTube TV və YouTube Premium kimi xidmətlərin abunə gəlirlərini əhatə etmədiyini qeyd etmək vacibdir.
Uzun formallı video hekayə anlatımından YouTube Shorts-un, TikTok-un rəqibinin, son təqdimatına qədər, YouTube markalara vizual hekayə anlatımı ilə məşğul olmaq və yeni auditoriyalara çatmaq üçün çoxlu imkanlar təqdim edir.
Şirkətə görə, bu çox güclü bir marketinq vasitəsidir. YouTube izləyiciləri deyirlər ki, YouTube-da gördükləri bir şeyi alma ehtimalları 2 dəfə daha çoxdur və digər sosial şəbəkələrlə müqayisədə marka, məhsul və ya xidmət haqqında məlumat tapmaq üçün platformadan istifadə etmə ehtimalları 4 dəfə daha artıqdır.
İnstagram
2.04 milyard aylıq aktiv istifadəçisi olan Instagram, həm hədəf auditoriyanızla əlaqə qurmaq, həm də məhsullarınızı və ya xidmətlərinizi nümayiş etdirmək üçün güclü bir sosial media platformasıdır. SMM xidməti verən əksər agentliklər marka tanıtımına bu platfromda xüsusi önəm verirlər. Burada şəbəkə postları, canlı videolar, hekayələr, reels və geri sayım stikeri kimi müxtəlif xüsusiyyətlərlə, auditoriyanıza xitab edən, brend görünürlüğünü artıran və əlaqəni yüksəldən müxtəlif sosial media məzmunu yarada bilərsiniz.
Bununla belə, Facebook-dan fərqli olaraq, Instagram-ın əsas sosial media demoqrafiyası daha gəncdir və 18-34 yaş aralığındadır. Əgər Gen Z alıcılarını cəlb etmək istəyirsinizsə, Instagram-da onların diqqətini çəkəcək sosial media məzmunu yarada və izləyiciləri asanlıqla vebsaytınıza yönləndirməyə və ya onlayn məhsul almağa yönəldən tətbiqdaxili alış-veriş funksiyalarından istifadə edə bilərsiniz.
Tiktok
1.22 milyard aylıq aktiv istifadəçiyə malik TikTok kiçik biznesslər və digər istifadəçilər üçün əvəzsizdir.
Orqanik kütləyə çatma imkanları:
TikTok platformasının For You Page (Sizin Üçün Səhifə) sayəsində sosial mediada viral olmaq bütün brendlərin nail ola biləcəyi uğurdur. Əslində, TikTok sosial media platforması kiçik bizneslərə və yeni yaranan brendlərə müvafiq bazarda özlərinə yer tutmaq üçün yaranıb, onlara kömək etməyə yönəlib və algoritmi yeni məzmunu müvafiq istifadəçilərə göstərməyə üstünlük verir.
TikTok sosial media saytı yaradıcılığı və trendlərə yönəlmiş videoları təşviq edir ki, bu da ABŞ-dakı TikTok istifadəçilərinin 47.4%-ni təşkil edən 10-29 yaş aralığındakı insanlara xitab edir. TikTok-da həqiqətən diqqət çəkmək üçün, videonuzun ilk bir neçə saniyəsində istifadəçiləri cəlb etməlisiz, çünki algoritm video izləmə vaxtına və əlaqəyə üstünlük verir.
Burada media məzmunu yaratmaq üçün heç bir təmtəraqlı istehsal və ya bahalı kamera tələb olunmur. Əslində, iPhone ilə çəkilmiş və CapCut kimi pulsuz bir alətdə redaktə edilmiş aşağı keyfiyyətli məzmun daha güclü nəticələr əldə edə bilər, çünki auditoriyalar platformada əlaqəli məzmunu arzulayırlar.
SMM panel (Sosial Media Marketinq paneli), sosial media platformlarında müxtəlif SMM xidmətləri təklif edən bir onlayn platformadır. Bunlar arasında izləyici artırma, bəyənmə, şərh yazılımı, paylaşım və görüntüləmə sayının artırılması kimi xidmətlər var. SMM panelləri, sosial media hesablarının aktiv olmasını və sosial mediadan minimum vaxtda maksimum fayda ilə istifadə etmək istəyən şəxslər, sahibkarlar, influencer-lər üçün əvəzedilməzdir. SMM panelləri SMM xidməti ndə nə kimi işə yarayır və hansı funksiyalara sahibdir?:
1. İzləyici Artırma: Instagram, Twitter, Facebook kimi sosial media platformalarında izləyici sayını sürətli bir şəkildə artırmaq lazımdırsa, bu SMM xidməti ndən istifadə edə bilərsiniz. Bu sayədə hesabların daha etibarlı və aktiv görünməsi təmin edilir.
2. Bəyənmə və şərhlər: Paylaşılan postlarda bəyənmələrin və ona gələn şərhlərin çoxluğu həmin səhifənin daha aktiv olduğuna dair instagram alqoritmasına siqnallar göndərir. Nəhayət, sizin paylaşımınız daha geniş izləyici kütləsinə çatır.
3. Vaxta qənaət. SMM xidməti ndə panellərin digər ilk faydası vaxta qənaətidir. Əgər bir neçə sosial media hesabını idarə edirsinizsə, bu sizin daha çox zamanınızı ala bilər. SMM panelləri, müəssisələrin bütün sosial media hesablarını bir yerdən idarə etməyə və paylaşımları əvvəlcədən planlaşdırmağa kömək edir.
3. Görüntüləmə və izlənmə: YouTube, TikTok kimi platformalarda video məzmunların baxış sayı artırmaq üçün də panel xidmətindən istifadə olunur. Bu da eyni ilə digər sosial media platformalar kimi iş prinsipinə malikdir.
4. SMM panelləri müəssisələrin öz xüsusi ehtiyaclarına uyğunlaşdırıla bilən xidmətlərə malikdir. Müəssisələr istədikləri bəyənmə, paylaşma və izləyici sayını, eləcə də hədəfləmək istədikləri xüsusi platformaları seçə bilərlər.
5. Analitik məlumatların təqdimatı: SMM panelləri müəssisələrin sosial media performansını izləməsinə kömək edən ətraflı analitik məlumatların hazırlanmasında istifadə edilir. Bu məlumatlar, müəssisələrin sosial media strategiyalarını təkmilləşdirməsinə və daha yaxşı nəticələr əldə etməsinə imkan yaradır.
SMM panellərin əksəriyyətinin əsas xüsusiyyətlərindən biri də istifadəçi interfeysinin asan olmasıdır. Burada naviqasiya elə qurulmuşdur ki, biznes üçün digər detalları xüsusi məlumatları axtarmaq üçün əlavə zaman xərcləməyə ehtiyac yoxdur.
SMM 2024-cü il SMM strategiyaları hansılardır. SMM xidməti ndə hansı dəyişikliklər gözlənilir.
2023-cü il süni intellekt ili olaraq elan edilmişdir və bu, SMM strategiyalarında süni intellektin xüsusi rolunu vurğulamaqdadır. Məsələn, ChatGPT kimi süni intellekt alətləri bu sahədə ən önəmli vasitələrdən biridir. Digital marketinqin demək olar ki, bütün sahələrində istifadə edilən bu alətlər hər il daha da təkmilləşdirilir. Buna misal olaraq, ChatGPT-nin 3.5, 4 və 4.0 versiyalarını göstərmək olar. ChatGPT-yə rəqib olaraq Microsoft-un təqdim etdiyi Bing süni intellektini də qeyd etmək mümkündür. Marketoloqlar, marketinq strategiyası qurmaq üçün və SMM xidməti ndə süni intellektdən tez-tez istifadə edirlər.
Dünyanın ən böyük şirkətlərindən olan Coca-Cola da Open AI ilə əməkdaşlıq edən ilk marka olaraq, Bain və WPP ilə birlikdə süni intellekt texnologiyasını marketinq strategiyalarına necə inteqrasiya edilməli olduğunu nümayiş etdirdi.
Sosial ticarətdə pərakəndə satışın üstünlükləri
SMM xidmətində sosial platforma ilə alış-verişin yaradılması tətbiq daxili alışlar, inteqrasiya edilmiş ödəniş seçimləri kimi xüsusiyyətlərlə, sosial media platformaları əsas alışveriş məkanları kimi üstünlük təşkil etməyə başlayıb. Artıq fərdi şəxslər sosial media hesabları vasitəsi ilə Instagram kimi sosial şəbəkəni əyləncə üçün istifadə etmir, eyni zamanda karlı ticarət vasitəsinə çevirməyi bacarır.
SMM xidmətində qısa formatlı reelslər və video məzmunlar trend olaraq qalır.
Maraqlıdır ki, qısa formatlı videolar və məzmunlar brendli məzmun yaradıcılarının əsas diqqət mərkəzindədir, çünki onlar diqqəti cəlb etməklə yanaşı, istifadəçinin cihazla qarşılıqlı əlaqəsini də uzun müddət saxlayır.
2024-cü ildə məqsəd, brendinizi auditoriyanızın rəqəmsal həyatına qeyri-formal və hiss edilmədən sızdırmaqdır. Müştərilər ilə səmimiyyət artıq bir satışdan daha artığını etməyiniz onlarla dostlaşmağınız deməkdir. Buna qeyd etdiyimiz kimi reels, qısa video və sorğularla nail olmaq olar.
Mikro-brend səfirləri (Micro-brand Ambassadors) SMM strategiyalarında trenddir…
Bu növ strategiyalarda tanınmış şəxsələrin əvəzinə daha az tanınmış şəxslər iştirak edir. Belə ki, burada əsas məntiq, daha az tanınmış şəxslərin məlumatları və onlar tərəfindən alınan ifadələrin insanlara daha inandırıcı gəlməsi, bununla da satışın daha effektiv edilməsidir.
Məsələn: “Kraft Heinz” şirkəti öz məhsullarını bu üsulla tanıtmağa üstünlük verir.
Sosial axtarış optimizasiyası SMM xidmətlərində rolu
TikTok və Instagram, Gen Z üçün Google-u ən çox istifadə edilən axtarış sistemi kimi taxtdan salıb. Beləliklə, 18-34 yaş arası demoqrafik qruplarda öz brendinizi tanıtmaq, yeni insanlara çatmaq istəyirsinizsə, o zaman digər kanalları da gözdən keçirməlisiniz.
Qarşılıqlı münasibətdə səmimilik sosial münasibətlərdə olduqca təsirlidir. Burada postlarınızı auditoriyanızın sizə geri dönüş edəcəyi vaxt üçün planlaşdırmağınız önəmlidir.
Repostlar qızıl dəyərindədir. Məzmununuza link verən səhifələrin sayı artdıqca, brendiniz axtarış nəticələrində daha yüksək yer tutacaq. Siyahılar, infoqrafikalar, təlimatlar, videolar və memlər uyğun formatlarda olmalıdır.
SMM kontentlərin yazılmasında yumor da hər zaman öz sözünü deyir. Auditoriyanızın ürəklərini ələ alacaq bir mesajla müraciət etməyiniz, brendinizin onlar üçün daha səmimi və doğma səslənməsinə səbəb olacaqdır.
2024 -cü ildə sosial media profilimizi necə daha cəlbedici edə bilərik. Əlbəttə, bunun üçün sosial media profilimizin üzərində daha çox çalışmalıyıq. Sizi, yaxud brendinizi yansıtan doğru bir profilə necə sahib olmaq olar?
1. Burada ən əsası özünüz haqqda məlumatları daha qısa və lokanik şəkildə tutmağa çalışın.
2. Eyni qayda ilə özünüz haqqda daha maraqlı məlumat və faktlarla auditoriyanızın diqqətini cəlb etməyə çalışın!
3. Səhifənizin nə haqqda olduğu və hansı kontent üzərində işlədiyiniz izləyicilərinizə aydın olsun.
4.Başqa sosial media hesablarınız varsa, onlara link verin. Əlavə olaraq, veb saytınızı da qeyd edə bilərsiniz.
5.Hesabınıza uyğun olan hashtaglardan istifadə edin.
6.Sizinlə əlaqə yaratmaq üçün “ hərəkətə keçirəcək” cümlələr profilinizdə yer almalıdır.
7. Axtarışda səhifənizin görüntülənəcəyi, sahənizə uyğun açar sözlərin olmalıdır.
8.Sizin şirkət harada yerləşir? Məkan və yer (əgər varsa) bio hissədə vurğulanmalıdır.
9.Brendinizlə maraqlananların sizinlə asanlıqla əlaqə yaratmaları üçün əlaqə məlumatları mütləq qeyd edlməlidir.
10.Heç kim ilk sehifə ilə tanışlıq zamanı profil hissəsində böyük avatarın yer aldığı şəkilə baxmaq istəməz. Daha cəlb edici profil şəkili seçməyiniz, real fotodan istifadə biznesiniz üçün faydalı olacadır. Bütün bu detalları qeyd etməyiniz üçün isə cəmi 150 xarakterə qədər limit vardır.
SMM xidməti zamanı sosial media alqoritmlərinin necə işlədiyini nəzərə alamlıyıq.
Sosial Media haqqında bəzi maraqlı faktlara nəzər salaq: