Vebsayt qarşılıqlı əlaqəli veb səhifələr toplusudur. Bu veb səhifələr bir-birinə vebsaytın naviqasiya menyusu(sayt daxili hərəkət) vasitəsilə bağlanır. İstifadəçi veb səhifələrə daxil ola və həmin səhifələr arasında keçid edə bilər, bu naviqasiya menyuları əsasən başlıq bölməsində, saytın yan tərəfində yerləşdirilir. Vebsayt bir səhifədən ibarət ola bilər (yəni tək səhifəli veb sayt), yaxud çoxlu səhifələrin toplusu şəkilində yaradıla bilər. Web saytların 2 növü vardır: Statik və dinamik veb saytlar.
Statik veb saytlar əsasən o saytlardır ki, burada istifadəçi ilə qarşılıqlı əlaqə demək olar ki, mövcu deyil və istifadəçi nə qədər axtarış edirsə etsin, o serverdən bir qarşlıq almır. Xeyriyyə təşkilatlarının səhifələri, şəxsi səhifələr, xırda biznes sahiblərinin səhifələri bu tip veb saytlara nümunədir:
-İstifadəçi hər hansı sorğunun axtarılması və sorğuların doldurulması kimi xidmətlərdən istifadə edə bilməz.
-Hər hansı axtarış edə bilməz.
- Sayt yaradıcısının icazə verdiyi qədər saytla qarşılıqlı əlaqəyə keçə bilər.
Lakin veb sayt istifadəçi hərəkətlərinə cavab verirsə, o zaman bu vebsayta dinamik vebsayt deyilir. Çox vebsaytlar dinamikdir və istifadəçi ilə qarşılıqlı əlaqəyə imkan verir. Məsələn, "Bizimlə Əlaqə" səhifəsindəki əlaqə formaları və istifadəçini hərəkətə səsləyən düymələr dinamik vebsaytların daxili inteqrasiya hissələrinə nümunədir. Buna görə də əgər biznesinizin daha uğurlu olmasını istəyirsinizsə, o zaman veb sayt sifariş verməlisiniz. Bu veb saytın dinamik bir veb sayt olmasına da eyni zaman da önəm verməyiniz tövsiyə edilir.
Veb Səhifə Nədir?
Bir veb səhifə üç əsas elementdən ibarətdir:
1. HTML(Hypertext Markup Language) – Veb səhifənin strukturu və yerləşdirilməsi üçün HTML kodundan istifadə edilir.
2. CSS(Cascading Stylesheets) – CSS veb səhifəyə üslub əlavə edir, məsələn, mətnin formatlanması, rəng sxemləri və səhifənin digər formatlaşdırma detalları.
3.JavaScript– JavaScript veb proqramlaşdırma dilidir. Bu kod veb brauzerində icra olunur və səhifənin hərəkətini müəyyən edir. Javascript olduqca böyük önəmə sahibdir, səhifələrə dinamiklik, interaktivlik gətirir və istifadəçi təcrübəsini yaxşılaşdırır.
Vebsaytın necə işlədiyini başa düşmək üçün əvvəlcə bəzi anlayışları, o cümlədən veb brauzer, vebserver və müştəri-server arxitekturasını başa düşmək lazımdır.
- Veb Brauzer: Bu, internet üzərindən müxtəlif resurslara çıxış təmin edən xüsusi proqramdır. Məşhur brauzerlərə Google Chrome, Microsoft Internet Explorer və Mozilla Firefox daxildir.
Müştəri-Server Arxitekturası: Bu modeldə bir kompüter xidmətlər təklif edir, digər kompüter isə bu xidmətlərdən istifadə edir. Veb server xidmət təminatçısı rolunu oynayır, müştəri isə bu serverə müraciət göndərən veb brauzerdir.
Biznes sahibkarları üçün sayt xidmətləri hansılardır?
Bir biznesin onlayn varlığı, sahəsindən asılı olmayaraq, onun uğuruna böyük təsir göstərir. Bu gün bəzi biznes sahibləri hələ də başa düşmürlər ki, müştərilərinin əksəriyyəti alış-veriş etməzdən əvvəl onların veb saytını ziyarət edəcək. Güclü bir onlayn varlığa, xüsusən də bir veb sayta sahib olmaq, daha çox gəlir əldə etmək üçün kritik rol oynayır.
Nəyə görə veb sayt sifariş verməlisiniz sualının cavabı isə belədir:
Etibarlılıq
Biznesiniz üçün veb saytın olmasının əsas səbəblərindən biri təşkilatınızın etibarlılığını artırmaqdır. Çox güman ki, sizinlə eyni xidməti təklif edən bir neçə digər təminatçı var. Bu rəqiblərdən fərqlənməyin bir yolu yaxşı görünən və müştərilərinizə keyfiyyətli məlumatlar çatdıran bir veb sayta sahibi olmaqdır.
Vebsayt olmadan insanlar sizin qanuni bir biznes olub-olmadığınıza şübhə ilə yanaşa bilərlər. Bir veb sayt sifarişi etmək və veb sayta sahib olmaq insanların gözündə sizi real bir biznes sahibi kimi göstərəcəkdir.
Brend
Potensial müştərilərinizə brendinizi yüksək səviyyədə təqdim etmək edə biləcəyiniz ən vacib işlərdən biridir. Kim olduğunuzu, nəyi təmsil etdiyinizi və hansı dəyərlərə sahib olduğunuzu açıq şəkildə ortaya qoyaraq, müştərilərinizi daimi müştərilərə çevrilmə ehtimalınızı artırırsınız.
Bu, həmçinin sizi rəqiblərinizdən fərqləndirə bilən bir xüsusiyyətdir. Vebsayta sahib olmadan bunu etmək çox çətindir, çünki insanlar biznesiniz haqqında keyfiyyətli və etibarlı məlumatları tapa bilməzlər.
Müraciətlər
Veb sayt sifarişi edərək sizi tapmaqda və məhsullarınızı əldə etməkdə çətinlik çəkən müştərilərə kömək etmiş olursunuz. İnsanlar sizin sosial media paylaşımlarınızı diqqətdən keçirikdən sonra saytınıza da baş çəkmək istəyəcəklər. Buna görə də daha yaxşı əlaqələrin yaradılması üçün sosial medianızda da veb saytınızın təqdim edildiyinə diqqət yetirin. Bu, satışlarınızı artırmaq üçün olduqca böyük bir fürsətdir.
Orqanik Trafik
SEO- uyumlu veb sayt yaratdıqdan sonra, Google axtarış nəticələrində sürətlə yuxarı hissələrdə, ilk səhifələrdə görünməyə başlayacaqsınız. Google tərəfindən orqanik trafikin artırılması satışlarınızı dəfələrlə artıracaq. Sadəcə bunun üçün çalışacağınız doğru şirkəti seçmək lazımdır. Bu məqsədlə Falcon X şirkətinə müraciət edə bilərsiniz. Falcon X şirkəti uzun illərdir ki, saytların hazırlanması və texniki xidmətin göstərilməsi ilə məşğuldur. Beləliklə sayt sifarişi xidmətinin satışlarınızı müstəsna dərəcədə artırdığını zamanla müşahidə edəcəksiniz.
Vaxtınıza Qənaət və Müştəri Xidməti
Bir çox biznesdə müştərilər əlaqə vasitəsi ilə biznes sahiblərinə çatır. Müştərilərdən gələn əksər suallar iş vaxtları və biznesin yerləşdiyi yer ilə əlaqədar olur. Əgər onlardan gələn sualları cavablandırmasanız, müştəri narazı qalacaq. Bu zənglər həmçinin işçilərinizi biznesinizin ən vacib aspektlərinə diqqət yetirməkdən yayındıra bilər. Veb sayt hazırlanması xidmətindən istifadə edərək bir veb sayta sahib ola bilərsiniz. Bu zəngləri azalda və daxili məhsuldarlığı artıra bilər. Eyni zamanda veb saytda hazır olan məlumatlar müştərilərin zəng etmədən istədikləri məlumatları əldə etməsinə şərait yaradır. Bütün bu vəziyyətlərin toplusu sonda yaxşı müştəri əlaqələrinin yaradılması ilə nəticələnir.
Yeniliklər və Elanlar
Vebsaytınız 24/7 onlayn olduğu üçün müştərilərlə yenilikləri və elanları asanlıqla paylaşa bilərsiniz. Bu, onları gördüyünüz işlər haqqında məlumatlı saxlamağın bir yoludur. Müştərilər üçün aktual olan bir şey olduqda, onları daha çox satmaq şansınızı artırır.
Rəqəmsal Marketinq
Əgər satışlarınızı artırmaq və biznesinizi böyütmək üçün rəqəmsal marketinqdən istifadə etməyi planlaşdırırsınızsa, yəqin ki, trafiki bir vebsayt və ya açılış səhifəsinə yönəltmək istəyəcəksiniz. Bunu effektiv şəkildə etmək üçün veb saytınıza gələn trafiki istifadə edərək, ən uyğun müştəriləri hədəfləyə və reklam xərclərinizin ən yaxşı investisiya gəlirini (ROI) əldə edə bilərsiniz.
Bu gün vebsaytlar biznes üçün vacibdir. Hələ də veb saytınız yoxdursa, sayt sifariş verməyə tələsin.
1. Analitika: Yəqin ki, "Ölçmədiyiniz bir şeyi dəyişə bilməzsiniz" deyimi ilə tanışsınız. Google Analytics-dən istifadə, saytınızın uğurunu ölçmək və işləməyən üsulları dəyişdirmək üçün vacibdir. Məsələn, Google Analytics-də ziyarətçi axını funksiyası, hansı səhifələrin ən çox ziyarətçi itirdiyini sizə göstərə bilər. Həmin səhifələrdə dəyişikliklər edin ki, ziyarətçilər saytda daha çox qalsın.
Əlaqə Məlumatlarının Görünən Olması Vacibdir
Saytınızda əlaqə məlumatlarının hər səhifədə asanlıqla tapıla biləcəyinə əmin olun. Ziyarətçilər saytınızdakı məzmunu bəyəndikdə, sizinlə tez və rahat əlaqə qurmaq istəyəcəklər. Əgər əlaqə məlumatları əlçatan deyilsə, onlar saytı tərk edib başqa seçimlər axtara bilərlər.
Görünən ünvan və telefon nömrəsi ziyarətçilərə sizinlə satış sonrası da rahat əlaqə saxlayacaqlarını göstərir və bu, alıcıları qərar verməyə təşviq edir. Əlaqə məlumatlarını altbilgiyə (footer) əlavə etmək və ya xüsusi bir “Əlaqə” səhifəsi yaratmaq məsləhətdir. Bu, istifadəçilərin sizi asanlıqla tapmasını və etibarlı alış-veriş təcrübəsi yaşamasını təmin edəcək.
Naviqasiya
Saytınızda ziyarətçilərin asanlıqla istədikləri məlumatlara çatması üçün ana səhifədən aydın və sadə kateqoriyalar qurulmalıdır. Naviqasiya menyusu səhifənin yuxarısında yerləşməli və istifadəçilərin məhsullara və digər bölmələrə çətinlik çəkmədən yönəlməsini təmin etməlidir. Yol sadə və intuitiv olmalıdır ki, ziyarətçilər saytda rahat gəzinə bilsinlər və qarışıqlıqdan uzaq olsunlar.
4.Məhsullar/Xidmətlər Səhifəsi
Bu səhifəyə ətraflı məlumatlar daxil edilməlidir. Aşağıdakı məzmunlar mütləq şəkildə yer almalıdır:
Bu məlumatlar müştərilərin daha aydın və etibarlı qərar verməsinə kömək edəcəkdir.
SEO
Saytınız istifadəçilərə çatmırsa, onun mövcudluğu faydasız ola bilər. Axtarış motoru optimizasiyası (SEO), Google və Yahoo kimi axtarış sistemlərinin saytınızı tapmasını və axtarış nəticələrində yüksək sıralarda göstərməsini təmin edir.
SEO optimizasiyasının düzgün qurulmasını öyrənmək üçün çoxsaylı məqalələr mövcuddur. Bu məqalələrdən istifadə edərək saytınız üçün uyğun açar sözləri seçə və onların düzgün şəkildə tətbiqini təmin edə bilərsiniz. Effektiv SEO, saytınızın daha çox istifadəçiyə çatmasına və uğurlu nəticələr əldə etməsinə kömək edəcək. Yaxud Falcon X şirkətinə müraciət edərək sayt sifarişi xidmetindən istifadə edə, saytınızın optimizasiyasını təmin edə bilərsiniz.
6. Tez-tez verilən suallar (FAQ): Xüsusilə saytınız satdığınız məhsullarla bağlıdırsa, tez-tez verilən suallar bölməsi (FAQ) yaratmaq ağıllı bir addımdır. Bu, müştərilərə məhsul və xidmətlərinizlə bağlı suallara asanlıqla cavab tapmağa kömək edir. Kiçik bizneslər üçün bu, telefon zənglərini və e-poçtlarını azaldırsa, daha böyük sahibkarlar üçün bu addım vaxta və pula qənaəti təmsil edir.
7. Sosial media ikonları: Araşdırmalara görə kiçik bizneslərin yalnız 20%-nin veb-saytında sosial media ikonlarının olduğu qeyd olunur. Şirkətiniz Facebook, Twitter, Linkedin və ya Pinterest-də olub-olmamasında asılı olmayaraq sizin bu kimi sosial media şəbəkələrinə çıxışınızın olması daha çox izləyici kütləsini qazanacağınızın təminatçısıdır.
8. Bloq: Kontent marketinqi, saytınıza axtarış trafiki gətirməyə kömək edəcək və veb-sayt ziyarətçilərini saytınızın daha dərinliyə doğru aparacaq. Saytınızda yeni, faydalı məzmunun olması, ziyarətçilərin baxacağı daha çox səhifə yaradır və ənənəvi olaraq nə qədər çox səhifə görüntülənərsə, bir o qədər çox saytdan alış-veriş edilir.
9. Axtarış qutusu: Saytınız nə qədər yaxşı təşkil edilsə və ya naviqasiya menyusu nə qədər dəqiq olsa da, ziyarətçilər bəzən hər şeyi oxumaq istəmirlər. Onlar nə istədiklərini bilirlər və tez bir zamanda axtarışla tapmaq istəyirlər. Saytınızda axtarış qutusu mütləq olmalıdır və ziyarətçilərin bunu ən çox axtaracaqları yerdə səhifənin sağ üst küncündə yerləşdirilməlidir.
10. Qeydiyyatdan keçirməyə çağırış: Əgər onların e-poçt siyahınıza abunə olmasını istəyirsinizsə, onların adlarını və e-poçt ünvanlarını abunə formunuza daxil etmələrini xahiş edən açıq bir form düzənləməlisiniz. Həmin qeydiyyat forumu da elə şəkildə yerləşdirilməlidir ki, müştərilər sizinlə asanlıqla əlaqə saxlaya bilsinlər.
11. Təhlükəsizlik: İnsanların onlayn alış-veriş edərkən ən böyük qorxularından biri təhlükəsizlikdir. Hackerlərin kredit kart məlumatlarını, şəxsi bilgiləri və daha gizli məlumatları əldə etməsi olduqca realdır. Bir veb-saytın təhlükəsizlik xüsusiyyətləri nə qədər yaxşı qurularsa, istifadəçilər tərəfindən o qədər çox etibar qazanır. Sayt sifarişi verərkən saytınızın SSL sertifikatına malik olduğundan əmin olmalısınız. SSL kredit kartı nömrələri kimi məlumatları şifrələyir, beləliklə başqaları həmin məlumatları əldə edə bilmir.
12. Responsiv dizayn: Mobil cihazlardan istifadənın geniş yayıldığı artıq məlumdur və bunu istifadəçilər arasında aparılan sorğular da göstərir. Buna görə də veb-saytların bütün ölçülərdə olan cihazlarda işləməsi tələb olunur. Responsiv dizayn, veb-saytın sxeminin avtomatik olaraq ekranın ölçüsünə uyğunlaşması deməkdir. Sayt sifarişi edərkən bu detalların nəzərə alınması olduqca vacibdir.
13. Sürətli yükləmə: Mobil istifadəçilərin sayı günü-gündən artdığından (ümumilikdə zəif əlaqələri olan) sürətli yükləməyə malik veb saytların əhəmiyyəti də eyni mütənasibdə artır. Amazon saytlarının yükləmə sürətinin hər 100 millisekundluq optimizasiyası ilə satışlarının 1% artdığını bildirir. Sürətli səhifələr axtarış motorlarında daha yüksək reytinq qazanır.
14. Domen adlarının seçilməsi.
Yaxşı seçilmiş domen adları yadda saxlamağı asanlaşdırır. Artıq domen adlarında www istifadə etməyə ehtiyac yoxdur – sadəcə example.com kimi qısa və konkret adlar kifayətdir.
Domen adları axtarış motoru nəticələrinə böyük təsir göstərir, buna görə də diqqətlə seçilməlidir. SEO baxımından, domen adında məhsullarınızın və ya xidmətlərinizin adlarının qeyd olunması vacibdir. Bu, saytınızın axtarış nəticələrində daha yüksək sıralarda görünməsinə kömək edəcək.
15. Yaxşı hosting: Pis hosting seçimi sizi bir çox şəkildə ziyana sala bilər. Yavaş sayt istifadəçiləri bezdirir, yükləməyən sayt isə əsəbləri bir az da gərginləşdirir. Bu iki hal müştərilərinizi itirməyə səbəb olacaqdır. Pis hosting həm də saytınızın yükləmə sürətini təsbit edən axtarış motoru alqoritmlərinə mənfi təsir göstərərək axtarış motoru reytinqinizi aşağı salır.
Domen (Domain):
Domen, veb saytınızın internetdəki unikal ünvanıdır. Bu, insanların sizin saytınıza girmək üçün brauzerə yazdığı URL və ya ünvanıdır. Məsələn, “example.com” bir domen adıdır. Domenlər əsasən aşağıdakı hissələrdən ibarət olur:
Yəni, domen adınız saytınızın internetdəki “ev ünvanı” kimi çıxış edir.
Hostinq, veb saytınızın fayllarının, məlumatlarının və məzmununun saxlanıldığı və serverlər vasitəsilə internetdə yayımlandığı yerdir. Yəni, hostinq veb saytınızın "ev"i-dir. Hostinq xidmətləri təqdim edən şirkətlər (məsələn, Bluehost, GoDaddy və s.) saytınızın fayllarını serverlərində saxlayır və ziyarətçilər saytınıza daxil olanda bu serverlərdən məlumatları təmin edirlər.
Hostinq olmadan, domen sadəcə bir ad olaraq qalacaq və veb saytınız işləməyəcək. Yəni:
Bu iki element birlikdə işləyir və sayənizdə veb saytınız istifadəçilər üçün əlçatan olur.
Hostinq xidməti verən bir şirkət əsasən aşağıdakı detallara diqqət yetirməlidir.
Hostinq Xidmətləri ilə 7/24 Əlçatanlıq
Falcon X, veb saytınızı yüksək performanslı serverlərdə yerləşdirərək, fasiləsiz işləməsini təmin edir. Saytınız hər zaman istifadəçilər üçün əlçatan olacaq.
Yüksək Sürətli Performans
Yüksək sürətli serverlər vasitəsilə hostinq təklif edirik və veb səhifələrinizin tez yüklənməsini təmin edirik. Falcon X ilə saytınız daha çox istifadəçiyə yüksək performansla xidmət göstərəcək.
Uyğun Qiymətə Keyfiyyətli Hostinq Paketləri
Falcon X, ehtiyaclarınıza uyğun, uyğun qiymətli və keyfiyyətli hostinq paketləri təklif edir. Müxtəlif paketlər arasından seçim edərək, biznesiniz üçün ideal xidməti əldə edə bilərsiniz.
Güvənli və Peşəkar Dəstək Xidməti
Falcon X komandası müştəri məmnuniyyətini ön planda saxlayır və hər zaman sizə yüksək səviyyəli dəstək göstərir. Peşəkar komandamız saytlarınızın fasiləsiz işləməsi üçün daim xidmətinizdədir.
Falcon X ilə Hostinq və Proqramlaşdırma İnteqrasiyası
Hostinq xidmətlərimiz proqramlaşdırma ilə tam inteqrasiya olunub. Falcon X komandası saytlarınızın qurulmasından idarə edilməsinə qədər hər mərhələdə sizi dəstəkləyir.
SEO Uyğun Hostinq Xidməti
Falcon X-in sürətli və fasiləsiz hostinq xidmətləri, saytınızın SEO performansını artırır. Tez yüklənən veb səhifələr daha yaxşı axtarış nəticələri əldə edir və daha çox trafik cəlb edir.
Korporativ Maillər və Domen Xidməti
Korporativ e-mail yaratmaq üçün domen adı əldə etmək vacibdir. Domen olmadan korporativ e-mailləri aktivləşdirmək mümkün deyil. Falcon X, sizə korporativ mail xidmətini təmin etmək üçün ehtiyac duyduğunuz domeni və bütün lazımi texniki dəstəyi təklif edir.