Bir veb sayt yaratmaq prosesində komanda üzvləri veb saytın necə görünəcəyini müzakirə edərkən, siz SEO strategiyasını hazırlayırsınızsa, deməli, siz SEO mütəxəssisisiniz. Bəs sizin işiniz burada nədən ibarətdir?
Bir çox sahibkarın etdiyi ən böyük yanlışlardan biri də SEO mütəxəssisinə layihə bitdikdən sonra müraciət etmələridir. Halbu ki, SEO uyumlu veb sayt yaratmaq prosesində SEO mütəxəssisi bütün komanda ilə birlikdə çalışmalıdır.
İlk mərhələdə, SEO uyumlu veb sayt yaratmaq prosesində aşağıdakı sualları araşdıraraq açar sözlərin ilkin siyahısını yarada bilərsiniz:
Bu suallar ətrafında axtarış aparmaq olduqca vacibdir. Təbii ki, burada axtarış toolları da bizim köməyimizə gəlir.
Veb sayt yaratmaq prosesində SEO optimizasiyasının 2-ci mərhələsində aşağıdakı detallara diqqət yetirmək lazımdır:
Saytda xətaların yoxlanılması: SEO toolları istifadə edərək veb sayt yaratmaq prosesində saytı nəzərdən keçirməklə hər hansı bir səhvin olub-olmadığına nəzər yetirə bilərik.
Analitik: Google Analytics və Google Search Console-un doğru çəkildə qurulduğundan əmin olmalısınız. Bu alətlər bizə saytdakı səhifələrə nəzər yetirməyə, trafikin artıb-azaldığına nəzarət etməyə imkan verir.
Texniki: XML sayt xəritəsi və robots.txt fayllar düzgün bir şəkildə olduğunda texniki cəhətdən SEO uyumlu veb sayt yaratmaq prosesinin son mərhələsi olan saytı yayımlamaq mümkündür.
Bununla belə, hər şey qaydasında olsa da SEO nəticələri dərhal hiss olunmur və trafikin artdığını görmək üçün 6 aya qədər gözləməli olacaqsınız. SEO-dan başqa, yeni veb sayt yaratmaq prosesində Sosial Media, Reklam, YouTube, Podkast kimi fərqli kanallardan istifadə edilməlidir. Burada əsas məqsəd yeni yaradılmış saytı təqdim etmək və tanıtmaqdır.
SEO optimizasiyasına başladıqdan sonra ilk iş demək olar ki, açar söz araşdırmasıdır. Əvvəlki bloqlarda qeyd etdiyimiz kimi, burada qısa və uzun quyruqlu açar söz olaraq araşdırma aparmaq və həmçinin rəqiblərdə olan sözləri də hesaba qatmaq önəmlidir. Əgər siz inşaat materialları satırsınızsa, burada sizin kontentinizin sıralanması üçün ən uyğun büdcəli inşaat materialları, yaxud evinizə yaxın inşaat materialları, keyfiyyətli inşaat materialları kimi sözlərdə sıralana bilərsiniz. Qeyd etdiyimiz kimi, bu kimi sözlərdə sıralanmaq üçün minimum 6 ay müddəti lazımdır.
Hədəf açar sözlər aşağıdakı yerlərə daxil edilməlidir:
Bu sırada qeyd edək ki, SEO uyumlu veb sayt yaratmaq üçün sözlərin hansı dərəcədə sıxlıqla işlənməsi də önəmlidir. Təcrübəli SEO mütəxəssisləri bu sözlərin 2-3% həcmində olmasını məsləhət görürlər. Məzmunda sözlərin sayına, yəni kontentin uzunluğuna görə də açar sözlərin işlənmə sıxlığında dəyişiklik oluna bilər.
Bəzi texniki göstəricilərə də bu zaman diqqət yetirmək lazımdır. Bunlardan ilk öncə meta təsvirlərin yaradılarkən 155 simvoldan çox olmaması, meta başlığın isə 55-60 simvol arasında dəyişməsidir.
Mütləq link sayıları olmasa da, SEO uyumlu veb sayt yaratmaq üçün yaxşı olar ki, 100 sözdən sonra bir müvafiq daxili və ya xarici link əlavə edilsin.
SEO Uyumlu URL Quruluşu Necə Olmalıdır?
URL aydın, qısa və məlumatlandırıcı olmalıdır. Məsələn, sizin mətninizin başlığı “Ən Keyfiyyətli İnşaat Məhsullarının 10 Əsas Xüsusiyyəti”-sə, URL də ona uyğun olaraq keyfiyyətli/insaat/mehsullari- kimi olmalıdır.
URL-lərin dəyişdirilməsinin səhifə SEO-suna mənfi təsir göstərməsi məlumdur, yəni URL-ləri dəyişdirdikdə saytın axtarış motorlarında sıralanması mənfi təsir alır. Bu səbəbdən, veb sayt yaratmaq prosesində URL-ə rəqəm daxil etməmək daha yaxşı olar ki, gələcəkdə dəyişiklik etmək məcburiyyətində qalmayaq.
Google, SEO və istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün veb sayt yaratmaq prosesində yaxşı qurulmuş URL-in əhəmiyyətli olduğunu vurğulayır.
Veb Sayt Yaradarkən Çox dilli SEO-nun əhəmiyyəti
Çox Dilli SEO Saytın daha geniş izləyici kütləsinə çatmasına kömək edir. Təxmin edə biləcəyiniz kimi, çoxdilli SEO-nu manual olaraq çevirsək bu bir kabus olacaq, Buna görə də vebsaytınızı bir neçə dilə tərcümə etməkdə sizə kömək edəcək TranslatePress kimi bir translate proqramlarından istifadə etməyinizi tövsiyə edirik.
.
Veb Sayt Məzmunu Yaradılarkən E-E-A-T (Mütəxəssislik, Təcrübə, Səlahiyyətlilik və Etibarlılıq) Google-un önəm verdiyi göstəricilərdir
Google-ın E-E-A-T qaydalarına uyğun olmaq üçün aşağıdakı addımları izləyin:
SEO-da NAP uyğunluğu nədir və necə təmin edilir?
Biznesinizin adı, e-mail ünvanı və telefon nömrəsinin uyğun və düzgün olduğundan əmin olmalısınız. Veb sayt yaratmaq prosesindən sonra, saytınızda gündəlik, həftəlik və aylıq saytın göstəriciləri ilə bağlı detallara nəzər salmalısınız.
Gündəlik:
Həftəlik:
Aylıq:
Blog yazılarını yazılması ilə bağlı xüsusi bir qayda yoxdur. Lakin nəzərə almaq lazımdır ki, bəzi araşdırmalara görə ayda 30 blog yazısı yazdıqdan sonra saytların əldə etdikləri əlavə fayda azalmağa başlamışdır. Ona görə də yeni yaradılan veb saytda həftə ərzində 2 blog yazısının yazılması olduqca faydalıdır.
Əslində, diqqət etsək, görərik ki, o axtarış həcminə malik sözlər sıralama almaq üçün çox önəmli sözlərdir.
Məsələn Orqanik trafik üçün SEO açar sözü üçün aşağıdakı kimi sözlərdən, yaxud bu sözlə əlaqədar digər açar sözlərdən istifadə edə bilərik:
Tək bir açar söz sıfır axtarış həcmi göstərə bilər, lakin əlaqəli açar sözlərin ümumi axtarış həcmi əhəmiyyətli ola bilər. Bu, axtarış sistemlərinin eyni sorğunun müxtəlif ifadələrinin arxasındakı ortaq niyyəti tanıması ilə bağlıdır.
Əgər axtarış kəliməsi -0 trafik həcminə malikdirsə, bu o demək deyildir ki, onunla əlaqədar sözlər də 0 axtarış həcminə malikdir. Yəni siz əlaqədar sözlərlə daha çox trafik əldə edə bilərsiniz.
Toplanmış dəyər: Ayrı-ayrılıqda bu açar sözlər açar söz planlayıcı alətlərində əhəmiyyətsiz görünə bilər. Lakin birlikdə, onlar veb saytınıza əhəmiyyətli dərəcədə trafik gətirir.
Sıfır axtarış həcminə malik bir açar sözün izlənməyə dəyər olub-olmadığını müəyyən etməyin ən yaxşı yolu onun axtarış niyyətini anlamaqdır. Məzmununuzu “orqanik trafik üçün SEO necə edilməlidir” kimi əlaqəli bir istifadəçi sorğusu üçün optimallaşdırsanız, veb saytınız əlaqəli bütün axtarış sözlərində nəticələrdə görünə bilər.
Google-un alqoritmi: Google-un alqoritmləri müxtəlif ifadələrin eyni niyyəti daşıdığını tanıyacaq qədər inkişaf etmişdir. Bu, axtarış niyyəti eyni olduğu müddətcə, veb səhifənizin açar sözün bütün versiyaları üçün axtarış nəticələrində görünə biləcəyi anlamına gəlir.
Qeyd etdiyimiz kimi Google alqoritmləri elə inkişaf etmişdir ki, onlar 2 fərqli açar söz arasında olan fərqi anlayır. Əgər məzmununuzda “Orqanik trafik üçün SEO necə edilməlidir” sözü varsa, sizin "orqanik trafik əldə etmək üçün SEO üsulları" axtarış nəticələrində də çıxma şansınız çoxdur.
Buradan belə nəticəyə gəlirik ki, axtarış həcmi 0 olan sözlərdən istifadə etməyimiz bu sözləri hələ hədəfləməmiş rəqiblərinizdən sizi qat-qat daha üstün pozisiyaya çıxaracaqdır və bu uğurlu bir üstünlükdür.
İlk 0 axtarış həcimlərinə malik sözlər sonradan böyük partlayış yarada bilər. Hər hansı trend yayımlandıqda Forbes, The New York Times və Reddit kimi saytlar liderliyi ələ keçirir. Buna səbəb onların domen reytinqnin yüksək olması ilə bağlıdır.
Lakin heç kimsənin xəbəri olmadan siz trend olacaq sözləri ilk olaraq müəyyənləşdirsəniz və bu mövzuda yazı ərsəyə gətirsəniz, o zaman buna ilk müraciət edən olduğunuz üçün sizin məzmununuz ilk sıralara qədər yüksələcəkdir.
Yeni Yaradılmış Veb Saytda 0 Axtarış Həcimli Sözləri Necə Tapaq?
Veb sayt yaradarkən bizə bu sözləri tapmaqda hansı vasitələr kömək edəcək?
İlk öncə sahənizə yaxşı bələd olmalısınız. Sektorunuzla bağlı hansı dəyişikliklər olacaq, hansı yeniliklər gözlənilir. Bütün bu suallara cavab tapdıqdan sonra yaradacağınız məzmun sizə üstünlük qazandıracaqdır.
Məsələn əgər bir şirkət sahənizdə yeni bir proqram məhsulu təqdim etməyə hazırlaşırsa, hədəf auditoriyanızın bu proqramı necə istifadə edəcəyini öyrənmək üçün axtarış aparacağını təxmin etmək çətin deyildir.
Bu detallı, uzun quyruqlu açar sözlər (məsələn, “(yeni proqram məhsulunu necə istifadə etməli”) hələlik heç bir axtarış həcminə malik olmaya bilər, lakin siz bilirsiniz ki, bu tezliklə dəyişəcək.
SMM xidmətindən istifadə edin: X (Twitter) və Instagram-da trend olan həştəqləri izləyin ki, potensial axtarış terminlərini müəyyənləşdirəsiniz.
Həmçinin, Reddit-də zaman keçirməyiniz də bu növ axtarış sözləri ilə qarşılaşmaq faizinizi yüksəldir.
Yeni trendləri axtarın: Google Trends və ya Exploding Topics kimi vasitələrdən istifadə edərək bir açar sözün populyarlıq qazandığını görüb onun gedişatını izləyə bilərsiniz. Əgər büdcəniz varsa, Hootsuite kimi sosial tool-a sərmayə qoymaq ağıllı seçimdir.
Bu, ona görə faydalıdır ki, onu avtomatik olaraq müvafiq həştəqləri, mövzuları, sosial söhbətləri və trendləri izləmək üçün konfiqurasiya edə bilərsiniz. Bildirişləri quraşdıraraq, vacib trend formalaşdıran söhbətlərin nə vaxt baş verdiyini dəqiq biləcəksiniz. Google trend kimi platfroma isə tamami ilə pulsuzdur və istifadəsi olduqca asandır.
Bu arada axtarış həcmləri ilə bağlı bəzi göstəricilərə nəzər salaq:
Google-da 16-20% axtarış həcmlərinə aid sözlər tamamilə yenidir.
Əksəriyyət qısa sözlərə fokuslandığı üçün uzun quyruqlu sözlərin -70% tamamilə istifadə olunmamış qalır. Alıcıların 56%-i daha çox qısa məzmunlu açar sözlərə fokuslandığı üçün sizin də bu sözlərdə sıralanma şansınız o qədər yüksəkdir.
Əgər saytınız yenidirsə və veb sayt yaratmaq prosesinin bir hissəsi olaraq bu saytın sosial media platformalarında tanıtılması üçün hashtag-lərdən istifadə etməlisiniz. Hashtag-ləri necə seçmək mövzusunda əsas faktorlar aşağıdakı kimidir:
Hashtag-lərdən istifadə edərkən onun sayı da önəmlidir. Orta hesabla 3 və 4 hashtag-dən istifadə etmək daha uyğundur, çünki bu zaman səhifəniz spam səhifə olaraq görüntülənməyəcək.
Hashtagların iki əsas məqsədi var ─ paylaşımları müəyyən bir kateqoriya altında qruplaşdırmaq və istifadəçilərin sosial media platformalarında daha yaxşı hərəkət etmələrinə kömək etmək.
Eyni zamanda, təkrar-təkrar eyni hashtag-lərin istifadəsi də “shadowban” effekti yarada bilər. Beləliklə, alqoritm sizi tamamilə məhdudlaşdırmasa da, daha az izləyici qarşısına çıxmağa başlayacaqsınız.
Hashtaglar özləri də 3 qrupa ayrılır: brending ((brend) hashtag, community(ictimai) hashtag, descriptive( təsvidici) hashtag.
Community hashtag-lar bir cəmiyyəti və eyni sahədə olan qurumları bir araya gətirən tag-lardır. Bunun vasitəsilə qurumlar gördükləri işləri birgə təqdim edə və qruplaşa bilirlər. Bundan əlavə, kateqoriyalı hashtag-lar da qruplaşmaya kömək edən əsas faktorlardan biridir.
#Vebsaytqurmaq #websaytqurmaq #vebsaythazırlamaq kimi hashtag-lar veb sayt yaratmaq prosesində bu məqsədə kömək edən hashtag-lar hesab olunur. İT və Marketinq sahələri ilə bağlıdır.
Brendin hashtag-ları sırf bir brendlə əlaqədar hashtag-lardır. Məsələn, “redbull”un hashtag-ı #givesyouwings-dir. Bununla da bu hashtag-in sırf ona aid olduğu Instagram alqoritması tərəfindən müəyyənləşdirilir.
Təsvir edici hashtag-lar- descriptive hashtag-lar isə bir görüntünü və ya məhsulu təsvir etmək üçün göstərilir. Əgər siz bir mənzərə rəsmi paylaşıb onu #göl, #dağmənzərəsi hashtag-ləri ilə paylaşacaqsınızsa, bu təsviredici hashtag-lər sırasına aid olacaqdır.
“RiteTag” və “Wordtracker” kimi proqramlar vasitəsilə hashtag-ları araşdıra və seçə bilərsiniz.