Falcon X — Rəqəmsal Dünyada Etibarlı Tərəfdaşınız
2022-ci ildə Türkiyə və Azərbaycanın qüdrətli birgə layihəsi olaraq yola çıxan Falcon X MMC, rəqəmsal transformasiyanızın hər mərhələsində yanınızda dayanan etibarlı bir tərəfdaşdır. Bakı və İstanbul ofislərimizdəki gənc, dinamik və peşəkar komandamız, ən son texnologiyalarla işləyərək regional miqyasda lakin qlobal keyfiyyətdə xidmət göstərməyə davam edir.
Biz Kimik?
Biz, müştərilərimizin ehtiyaclarını anlamaq və onlara ən effektiv həlləri təqdim etmək üçün yaradılmış bir komandayıq. İstanbuldakı Araşdırma və İnkişaf (R&D) mərkəzimiz innovasiyalarımızın mərkəzində dayanır, Bakıdakı komandamız isə bu innovasiyaları yerli bazarın ehtiyaclarına uyğunlaşdıraraq sizə birbaşa çatdırır. Bu unikal quruluş, bizə sürət, çeviklik və dərin bazar anlayışı qazandırır.
Biz Nə Təklif Edirik?
Biz sizə tək bir məhsul deyil, biznesinizi rəqəmsal dünyada uğurla inkişaf etdirmək üçün lazım olan tam xidmət ekosistemini təqdim edirik:
Veb Həllər: Nəticə yönümlü Biznes Veb Sayt dizaynı və inkişafı. Sadəcə sayt deyil, sizə satış gətirən onlayn ofisinizi qururuq.
Güclü Hostinq: Veb Hostinq, E-mail Hostinq və yüksək performanslı Dedicated Server həlləri ilə onlayn varlığınızı 3 qatlı təhlükəsizlik sistemi ilə qoruyuruq.
E-Ticarət Məhlulları: Sektorunuza xas, idarəsi asan və güclü E-Ticarət proqramı ilə onlayn satışlarınızı kəşf edin.
Rəqəmsal Görünürlük: SEO Xidməti ilə Google-da üst sıralara yüksəlin. E-ticaret SEO paketimizlə İLK 5 SIRADA olmağınızı strategiyamızla dəstəkləyirik.
Mobil Proqramlar: Müştərilərinizə bir toxunuş məsafəsində olun. Sürətli və istifadəsi asan Mobil Proqramlar hazırlayırıq.
Rəqəmsal Marketinq & SMM: Brend hekayənizi yaradırıq! Sosial Media Menecmenti (SMM), məzmun strateqiyası və idarəetməsi ilə hədəf kitlənizlə əlaqə qurmağınıza kömək edirik.
Yaradıcı Dizayn: Diqqət çəkən Qrafik Dizayn və Loqo işləri ilə brendinizin vizual şəxsiyyətini formalaşdırırıq.
Biz Nə Üçün Fərqliyik?
Biz infrastrukturu ilə də fərqlənirik. Bütün sayt və proqramlarımız VeriTescil və Radore kimi qlobal standartlara malik tərəfdaşlarımızın serverlərində, ən müasir təhlükəsizlik tədbirləri altında hostinq olunur. Ödəniş sistemlərində Payriff, Paymes, Paytr kimi etibarlı tərəfdaşlarla işləməyimiz isə biznesinizə güc qatır.
Vizyonumuz
Azərbaycanda müştərilərimizin etimadını və dəstəyini qazanaraq, yalnız e-ticarətdə lider bir şirkət olmaq deyil, həm də sahibkarlarımızın uğuruna səmərəli şəkildə töhfə vermək əsas hədəfimizdir. Elektron ticarətə gətirdiyimiz yeni ölçü ilə sektorda fərq yaratmağa və Azərbaycan biznesinin qlobal arenada daha da güclənməsinə xidmət etməyə sadiyik.
Gəlin, gələcəyi birlikdə quraq.