İstifadəçilər üçün hər bir saytın əlçatan olması, məlumatların təhlükəsiz şəkildə saxlanılması və səhifələrin sürətli açılması olduqca vacibdir. Məhz bunun üçün saytın fayllarını və məlumat bazasını yerləşdirəcək serverə və domen adına ehtiyac yaranır. İnternet üzərindən saytın fasiləsiz işləməsini təmin edən xidmət veb hostinq adlanır. Doğru veb hostinq seçimi həm istifadəçi təcrübəsinə həm də saytın inkişafına müsbət təsir göstərir.
Şirkət saytı, onlayn mağaza, xəbər portalı və ya şəxsi bloq yaratmaq istəyənlər üçün layihənin ilkin mərhələlərindən biri veb hostinq seçimidir. Bununla yanaşı, server resurslarına, təhlükəsizliyə, texniki dəstəyə və etibarlılığa diqqət yetirmək lazımdır.
Saytın internetdə yerləşdirilməsi üçün ayrılan server resursları və texniki infrastrukturu hostinq adlanır. Sayta aid HTML, CSS, JavaScript, şəkillər, videolar və digər fayllar serverdə saxlanılır. Beləliklə, istifadəçi domen adını brauzerə yazdığı zaman, DNS sistemi domeni uyğun serverlə əlaqələndirir və saytın məzmununu brauzer vasitəsilə əldə edir.
Yalnız faylların saxlanılması ilə kifayətlənməyən hostinqə, serverin idarə olunması, şəbəkə bağlantısı, resursların bölüşdürülməsi, təhlükəsizlik tədbirləri və bəzi vəziyyətlərdə məlumatların ehtiyat nüsxələrinin yaradılması da daxildir.
Eyni zamanda, hostinq bütün texniki problemləri avtomatik olaraq həll etmir. Saytın proqramlaşdırılması, yenilənməsi, təhlükəsiz parolların istifadəsi və tətbiqlərin düzgün konfiqurasiyası önəmli faktorlardan biridir. Buna görə də, əvvəlcədən xidmət təminatçısının üzərinə götürdüyü işləri dəqiqləşdirməkdə fayda vardır.
Sayt yaratmağa başlayanda domen və hostinq anlayışlarını bir-birindən fərqləndirmək vacibdir. Bu iki xidmətin funksiyasını bilmək üçün veb hostinq nədir sualını daha aydın anlamaq lazımdır. Saytın internetdə tanınmasını təmin edən xidmətə domen deyilir, hostinq isə sayta aid faylların yerləşdiyi server mühitidir.
Saytın işləməsi üçün adətən aşağıdakılar tələb olunur:
Domen və veb hostinq parametrləri düzgün qurulduqda sayt daxil olan istidadəçilər üçün əlçatan hala gəlir. Hər iki xidmətin eyni şirkətdən alınması şərt deyil, əsasən onların texniki parametrlərinin düzgün əlaqələndirilməsidir.
Keyfiyyətli sayt hostinqi saytın fayllarını serverdə saxlamaqla yanaşı, ziyarətçilərin sorğularına geri dönüşü təmin edir. Saytın stabil işləməsində serverin prosessor gücü, operativ yaddaşı, disk tutumu və şəbəkə bağlantısı əsas rol oynayır.
Məsələn, sadə təqdimat saytında bir neçə səhifə, əlaqə məlumatları və şəkillər mövcuddur. Onlayn mağazalarda isə məhsul kataloqu, axtarış sistemi, alış-veriş səbəti və məlumat bazası kimi əlavə funksiyalara malikdir. Məhz bu səbəbdən, veb hostinq seçərkən saytın quruluşunu və istifadəsini nəzər almaq zəruridir.
Hostinq xidmətinin əsas funksiyalarına sayt fayllarının saxlanılması, ziyarətçi sorğularının emalı, məlumat bazasının işləməsi və e-poçt hesablarının idarə olunması daxildir. Bu imkanların hamısı hostinq paketlərində mövcud olmadığından, xidmətin texniki göstəricilərini, resurs limitlərini diqqətlə müqayisə etmək lazımdır.
Doğru hostinq xidməti seçərkən saytın hazırki ehtiyacları ilə bərabər gələcəkdə trafik artımı ehtimalı da nəzərə alınmalıdır. Ən ucuz və ya daha çox resurs təqdim edən hostinq paketi hər layihə üçün uyğun seçim olmaya bilər, əsas texniki ehtiyaclara uyğun veb hostinq tapmaqdır.
İlk növbədə aşağıdakı göstəriciləri müqayisə etmək məqsədəuyğundur:
Bundan əlavə, hostinq seçərkən idarəetmə panelinin istifadəsində asanlıq, əlavə ödənişlər və resurs limitlərinə diqqət edilməlidir.
Bazarda saytın növünə və texniki tələbləri üçün hazırlanmış hostinq paketləri mövcuddur. Ayrılan yaddaş həcmi, server resursları, idarəetmə imkanları və qiymət baxımından bu hostinq paketləri bir-birindən fərqlənir.
Bir serverin resurslarının bir neçə müştərinin saytı arasında istifadəsinə paylaşılan hostinq deyilir. Münasib qiyməti, asan idarəetməsi ilə seçilən paylaşılan hostinq əsasən şəxsi bloqlar, kiçik və ya orta səviyyəyə malik layihələr üçün uyğundur.
Serverin texniki xidmətinin əsası provayder tərəfindən idarə olunur. Həmçinin, bir neçə müştəri arasında bölüşdürülən resurslar, serverin ümumi yükü performansa təsir göstərə bilər.
VPS hostinq fiziki serverin virtuallaşdırma texnologiyası ilə bir neçə virtual serverə ayrılması əsasında işləyir. Hər serverə müəyyən resurslar ayrılır, nəticədə istifadəçi öz server konfiqurasiyasını daha serbəst idarə edir.
Yüksək resurs tələb edən saytlar, xüsusi proqramlar və böyüyən onlayn mağazalar üçün VPS hostinq uyğun seçimdir. Serverin idarəetməsi texniki bilik tələb etsə də, idarə olunan VPS paketlərində işlərin bir hissəsini provayder yerinə yetirir.
WordPress ilə qurulmuş saytların daha rahat idarəsi üçün WordPress hostinq xidmətlərində platformaya uyğunlaşdırılmış server parametrləri və əlavə imkanlar təqdim olunur.
Bəzi paketlərə WordPress hostinqin ilkin quraşdırma, avtomatik yeniləmə, keşləmə və ehtiyat nüsxələrin yaradılması kimi funksiyaları daxildir. Provayderə görə dəyişilən xidmətlərdə, paket seçərkən göstərilən funksiyaları yoxlamaq lazımdır.
Serverdə istifadə olunan yaddaş texnologiyası məlumatların oxunması və yazılması sürətinə təsir göstərir. Bir çox əməliyyatı daha sürətli hala gətirən SSD qurğuları ənənəvi mexaniki disklərlə müqayisədə hərəkət edən mexaniki hissələrdən istifadə etmir.
Həm istifadəçilərin məlumatlarının qorunması, həm də biznesə olan etimad baxımından sayt təhlükəsizliyi vacibdir. Brauzerlə server arasında ötürülən məlumatların şifrələnməsini SSL sertifikatı müasir TLS bağlantısı ilə təmin etməyə kömək edir. İstifadəçinin forma məlumatları və giriş məlumatları kimi informasiyaların ötürülməsində HTTPS bağlantısı mühüm rol oynayır.
Bəzi hallarda hostinq paketlərinə ödənişsiz SSL sertifikatı daxil edilir, digərlərində isə sertifikatın alınması və quraşdırılması əlavə ödəniş tələb edir. Buna görə də, SSL sertifikatının növünə, avtomatik yenilənmə imkanına və subdomenləri əhatə edib-etmədiyinə diqqət yetirmək vacibdir.
SSL/TLS sertifikatı bütün kiberhücum risklərini aradan qaldırmır. Proqram təminatının vaxtında yenilənməsi, güclü parollar, giriş hüquqlarının düzgün bölüşdürülməsi və müntəzəm ehtiyat nüsxələr saytın qorunması üçün önəmli faktorlardır.
İstifadəçilər üçün saytın əlçatan olması serverin işlək qalma müddəti, yəni adətən faizlə ifadə edilir. Məsələn, 99,9% uptime göstəricisi 30 günlük ay ərzində təxminən 43 dəqiqəlik əlçatmaz vaxta uyğun gəlir. Bu göstərici hostinq xidmətinin etibarlılığını dəyərləndirərkən nəzərə alınan əsas amillərdən biridir.
Uptime göstəricisi: Serverin işlək qalma faizi xidmətin faktiki əlçatanlığını tam əks etdirməyə bilər. Planlaşdırılmış texniki işlər, ölçmə qaydaları və kompensasiya şərtləri hostinq müqaviləsində yoxlanılmalıdır.
Fasiləsiz sayt fəaliyyəti: Serverdə yaranan nasazlıqlar müştərilərin sifariş verməsinə, məhsullara baxmasına və əlaqə formalarını göndərməsinə mane ola bilər.
Server monitorinqi: Davamlı monitorinq texniki problemlərin vaxtında aşkarlanmasına və müdaxilənin sürətləndirilməsinə kömək edir.
Texniki dəstək: Hostinq provayderinin operativ dəstək xidməti və xidmət səviyyəsi şərtləri serverin etibarlılığını qiymətləndirmək üçün vacibdir.
Veb saytın faylları və məlumat bazası texniki nasazlıq, yanlış əməliyyatlar, proqram təminatı xətaları və ya təhlükəsizlik problemləri səbəbindən itə bilər. Məlumat bazasının əvvəlki vəziyyətə qaytarılmasına və saytın bərpasına kömək edən əlavə surət ehtiyat nüsxə (backup) adlanır.
Həmçinin bərpa prosesinin öncədən yoxlanılmasında fayda var. Çünki ehtiyat nüsxənin mövcud olması problemsiz şəkildə bərpa edəcəyinə avtomatik zəmanət vermir.
Veb saytın sürəti yalnız hostinq paketindən ibarət deyil, server resurslarından, proqram kodunun keyfiyyətindən, şəkillərin optimallaşdırılmasından, keşləmə sistemindən və verilənlər bazasının işindən də asılıdır. Həmçinin istifadəçinin coğrafi mövqeyi də saytın yüklənmə sürətinə təsir edir.
Məsələn, böyük ölçülü şəkillərlə dolu səhifə güclü serverdə belə gec açıla bilər. Eyni zamanda, optimallaşdırılmış kod və keşləmə mexanizmləri uyğun server resurslarla birlikdə daha səmərəli işləməyə kömək edir.
Test nəticələrinə əsasən saytın yüklənmə sürətinin artırılmasında şəkillərin optimallaşdırılması, artıq kodların təmizlənməsi və server parametrlərinin təkmilləşdirilməsi mümkündür.
Azərbaycanda hostinq xidmətləri seçərkən yerli şirkətləri deyil, beynəlxalq provayderlərin təkliflərini müqayisə etmək əsasdır. Əsas meyar saytın auditoriyasına uyğun server infrastrukturu, texniki dəstək, ödəniş şərtləri və təhlükəsizlik imkanları nəzərə alınmalıdır.
Əgər saytın əsas auditoriyası Azərbaycandadırsa, yaxın server infrastrukturu və ya CDN istifadəsi gecikməni aradan qaldıraraq məlumatların daha sürətli şəkildə ötürülməsinə kömək edə bilər. Lakin saytın yüklənmə sürəti şəbəkə keyfiyyətindən, server yükündən və texniki optimallaşdırmadan da asılıdır.
Sayt yaratmağa yeni başlayanlar üçün idarəetməsi sadə, təhlükəsizlik funksiyaları olan və resurslarla təmin olunan hostinq paketləri əlverişli seçimdir. Yeni başlayanlar üçün hostinq seçərkən əlavə funksiyalara artıq ödəniş etməyə ehtiyac yoxdur.
İlk hostinq paketini almazdan əvvəl aşağıdakı məsələləri dəqiqləşdirmək faydalıdır:
Bu məqamları öncədən dəqiqləşdirmək gələcəkdə yaranan əlavə xərcləri və texniki çətinlikləri azaltmağa kömək edir.
Lazım olan yaddaş və server gücü saytın növündən, faylların həcmi, ziyarətçi sayı və istifadə olunan proqram təminatından asılıdır. Buna görə də, sayt üçün nə qədər hostinq lazımdır sualına cavab hər layihənin ehtiyacına uyğun hostinq resursları seçilməsidir.
Mətnlər və optimallaşdırılmış şəkillər sadə təqdimat saytında az yer tuta bilər. Onlayn mağaza isə daha çox disk sahəsinə ehtiyac duya bilər. Bundan əlavə, yüksək trafik serverin RAM və CPU resurslarına tələbi artıra bilər.
Büdcəyə uyğun hostinq tapmaq mümkün olsa da, ən aşağı məbləğə əsaslanmaq sonradan əlavə xərc tələb edə bilər. İlkin qiymətlə yanaşı, ucuz hostinq seçərkən yenilənmə haqqını və hostinq paketinə daxil olan xidmətlərin müqayisəsini bilmək vacibdir.
Ucuz paket seçərkən aşağıdakı məqamları nəzərə alın:
Hər zaman ucuz hostinq paketi ən sərfəli seçim sayılmır. Əsas məqsəd saytın ehtiyaclarını qarşılayan və gələcəkdə əlavə xərc riskini minimuma endirən xidmət tapmaqdır.
Paket növünə, ayrılan resurslara, server texnologiyasına, idarəetmə səviyyəsinə və əlavə xidmətlərə görə veb hostinq qiymətləri dəyişir. Adətən daha münasib qiymətə paylaşılan hostinq təklif edilir. Resurs və nəzarət imkanına görə baha başa gələn VPS və idarə olunan server xidmətləridir.
CPU və RAM limitləri, NVMe disklər, ehtiyat nüsxələrin tezliyi, təhlükəsizlik funksiyaları və texniki dəstəyin səviyyəsi də qiymətə təsir edən əsas amillər sırasındadır.
Ən yaxşı veb hostinq seçimində layihənin məqsədini və texniki ehtiyaclarını nəzərə almaq vacibdir. Yüksək trafikə malik onlayn mağazanın tələblərini kiçik bloq üçün uyğun hostinq paketləri qarşılamaya bilər. Buna görə hər layihənin xüsusiyyətlərinə uyğun seçim olunmalıdır.
Seçim zamanı aşağıdakı addımları izləmək məqsədəuyğundur:
Bu yanaşma ehtiyacdan artıq resurslara pul xərcləmədən, eyni zamanda saytın inkişafını məhdudlaşdırmayacaq həll seçməyə kömək edir.
Beləliklə, saytın internetdə yayımlanmasını, faylların saxlanılmasını və server resurslarından istifadəni veb hostinq təmin edir. Doğru hostinq seçimi üçün saytın növü, trafik həcmi, təhlükəsizlik tələbləri, yaddaş ehtiyacı və büdcəsi qiymətləndirilməlidir.
Kiçik saytlar üçün paylaşılan hostinq uyğun seçim olsa da, server resursları və idarəetmə imkanı olan layihələrdə isə VPS və ya ixtisaslaşmış hostinq həlləri nəzərdən keçirilə bilər. SSD və NVMe yaddaş, SSL sertifikatı, ehtiyat nüsxə (backup) sistemi, yüksək əlçatanlıq və texniki dəstək seçim prosesində üstünlük təşkil edir.
Qiymətlə yanaşı, xidmətin texniki imkanları və şərtləri də hostinq seçərkən nəzərə alınmalıdır. Saytın performansını mütəmadi izləmək və resurs ehtiyaclarını mütəmadi olaraq qiymətləndirmək uzunmüddətli sabitliyi qorumağa imkan yaradır.